Əsl dostlar səni öndən bıçaqlayanlardı

Əsl dostlar səni öndən bıçaqlayanlardı

Sən həmişə məni sevəcəksən. Mən sənin heç vaxt etməyə  cəsarətin çatmayan  bütün  günahları təqdim edirəm.

Təcrübə insanların öz səhvlərinə verdikləri sadə addır.

Emosiyalarıma baş əymək istəmirəm. Onlardan istifadə etmək, həzz almaq və onlara hakim olmaq istəyirəm.

Nəfsdən yaxa qurtarmağın yeganə yolu ona təslim olmaqdır.

İnsanlar bugün hər şeyin qiymətini bilirlər ancaq heç nəyin dəyərini bilmirlər.

Birisi aşiq olarkən, özünü aldatmaqla  başlayır, başqalarını aldatmaqla isə bitirir. Buna da bütün dünya romantika deyir.

Uşaqlar həyata valideyinlərini sevməklə başlayırlar, böyüdükcə onları ittiham edirlər, bəzən isə bağışlayırlar.

Hər  mövcud  incə və gözəl bir şeyin arxasında bir faciə durur.

Bəşəriyyət özünü çox ciddi qəbul edir. Bu dünyanın əzəli günahıdır. Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı.

Kişilər yorulduqları üçün evlənirlər, qadınlar isə sadəcə maraqlarından: hər iki tərəf sonda məyus olur.

— İncəsənət nədir?
— Xəstəlik
— Sevgi?
— Xülya
— Din?
— İnancın  dəbdə olan  ən uyğun Əvəzi
— Sən şübhəçisən!
— Heç vaxt! Şübhə Dinin başlanğıcıdır!
— Bəs sən kimsən?
— Tərif vermək  məhdudiyyətlər yaradacaq.
— Heç olmasa mənə ipucu verin!
— Saplar qırılır.Və siz labirintdə qalmağı riskə alırsız.
— Siz məni tamailə küncə sixdız.

Dünyada haqqında danışılmaqdan daha betər şey, haqqında danışılmamaqdır.

Yaşa! Daxilindəki o gözəl həyatı yaşa! Yaşaya biləcəyin şeylərin itməsinə icazə vermə. Yeni hisslərin axtarışında ol.Heç nədən qorxma.

Gülüş dostluğa başlamaq üçün pis başlanğıc deyil, biri ilə əlaqləri kəsmənin də ən yaxşı yoludur.

İnsanın etdiyi axmaq bir hərəkət, həmişə onun  alicənab məqsədlərindən törəyir.

Optimizmin əsası büsbütün bir dəhşətdir.

Dünya dəyişir, çünki siz fil sümüyü  və qızıldan yaradılırsınız. Dodaqlarınızın büküşü tarixi yenidən  yazır.

Bir kişi istənilən qadınla xoşbəxt ola bilər, onu sevməyənə qədər.

Aktyorluğu sevirəm, çünki burada  əsl həyatdan daha çox reallıq var.

O, çox ağıllıdır, bir qadın üçün olduqca ağıllıdır. Onda zəifliyin izaholunmaz cazibəsi çatışmır.

Qadınlar qulaqları ilə, kişilər isə gözləri ilə sevirlər.

Bu gecə özümdən bezmişəm, başqa birisi olmaq istərdim.

Sən hər kəsi sevirsən, bu o deməkdir ki, sən hər kəsə qarşı laqeyidsən.

Yalnız dayaz düşüncəli insanlar xarici görünüşə görə mühakimə etmirlər. Dünyanın əsl müəmması görünəndir, görünməyən deyil.

Qadın öz qızından on yaş gəncgörünürsə o, mükəmməlcəsinə hər şeylə təmin olunur.

Bugün insanlar özlərindən qorxurlar. Onlar bütün öhdəliklərdən ən yüksəkdə duranını unudublar, özünün öz  qarşında olan öhdəlik hissi! Əlbəttə, onlar xeyriyyəçiliklə məşğul olurlar, acları doyururlar, dilənçiləri geydirirlər. Ancaq onların öz ruhları ac qalır, ac və çılpaq.

Cəsarət bizim irsimizdən yoxa çıxıb. Gügman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi  daxilimizdə  boğmağa çalışırıq bizi zəhərləyir.

Günah insanın üzündə yazılır, onu ört-basdır etmək olmur.

Gözəl qadının taleyidir ki, hara gedir getsin söhbət mövzusu olur.

Ruh çox dəhşətli bir şeydir,onu almaq,satmaq və hətta dəyişmək olar.

Həyatları boyu bir dəfə sevdiklərini söyləyən insanlar həqiqətən də dayaz düşüncəli insanlardırlar. Onların sədaqət və vəfa adlandırdıqları şeyi, mən ya adətlərdən doğmuş süstlük, ya da xəyal çatışmazlığı adlandırardım.

Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş ən mənasız münasibətdir.Özünə sahib olan insan, məmnunluğunu rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər.Həyat andır, bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır.Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm.Qadınlar biz — kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər.

Bizim hər birimizin içində Cənnət və Cəhənnəm var.

Yoxsulluq? O nədir? Yoxsulluq qapımızın ağzına gəlib çıxanda,sevgi pəncərədən uçub uzaqlaşır.

Hər insan öz həyatını yaşadı,və hər kəs yaşadığının qiymətini ödədi. Heyfslənəcək bir şey var ki, o da bir kəsin yalnız bir səhv üçün dəfələrlə hesab ödəməsidir. Eyni səhv üçün dönə-dönə  əvəz ödəməli olursan.

Hər həzzdə bir zalımlıq yer alır .

Böyük sevgilər və kədərlər öz böyüklüklərinin həcmində məhv olurlar.

Xırdalıqlara varmaq çox bayağıdır.

Təhsil gözəl şeydir, ancaq bunu da vaxtaşırı xatırlamaq yaxşı olardı ki, bəzən  öyrənilməsi vacib olan şey,  heç vaxt öyrədilmir

Qadınlar sevilmək üçün yaradılıblar, başa düşülmək üçün yox.

Kişilər sevəndə həyatlarından çox az şey qadınlara verirlər,qadınlar isə əksinə,hər şeylərini.

Biz hamımız zibil qutularındakı zibillərik, ancaq bəzilərimiz üzü yuxarı—ulduzlara baxır.

Kişilər qadınların ilk sevgisi, qadınlar isə kişilərin son sevgisi olmaq istəyirlər.

Qadınla kişinin arasında dostluq ola bilməz! Ehtiras, sevgi, düşmənçilik, səcdə ola bilər, ancaq heç bir dostluq ola bilməz.

Mümkünsüz bir şeyə ümid etmək kamil intellekt göstəricisidir.

İnsanları yaxşıya və pisə bölmək gülüncdür, insanlar ya məftunedici olurlar, ya da zəhlətökücü.

Dünyada heç nə evli qadının sadiqliyinə bənzəmir, heç vaxt evlənməmiş kişilər bunu bilməzlər.

Əgər bir kitabı dönə-dönə oxumaqdan həzz almırsızsa, onu heç oxumayın!

Müqəddəslə günahkarın arasındakı yeganə fərq ondadır ki, hər müqəddəsin bir keçmişi, hər günahkarın bir gələcəyi var.

Eqoizm öz arzularına uyğun yaşamaq istəyi deyil, başqalarının sənin arzularına uyğun yaşamasını istəməkdir.

Sevilən kim yoxsuldur ki?

Həyat heç vaxt ədalətli olmayıb. Yaxşı ki, elə çoxlarımız üçün o, ədalətli deyil.

Axmaqlıqdan başqa günah yoxdur.

Yaşlılar hər şeyə inanırlar, orta yaşlılar hər şeyə şübhə ilə yanaşırlar, gənclər hər şeyi bilirlər.

İnsan ağlın diqtəsilə hərəkət etməyə çağrıldıqda əsəbləşən rasional heyvandır.

Uduş kartları olan hər kəs ədalətli oynayır.

Allahlar bizi cəzalandırmaq istəyəndə dualarımızı eşidirlər.

Bir valideyinini itirmək bəxtsizlikdi, hər ikisini itirmək etinasızlıq.

Özünü düşünməyən adam heç ümumiyyətlə düşünmür deməkdir.

Nə vaxt insanlar mənimlə razılaşırlarsa,həmişə düşünürəm ki,mən yanılıram.

Dünyanın əxlaqsız adlandırdığı kitablar,dünyanın özünün utanclarını göstərən kitablardır.

Qadınlar koplimentlərlə tərkisilah olmurlar, kişilər isə əksinə. Bu da iki cins arasında fərqdir.

Özün kimi ol, digər rollar artıq tutulub.

Təbii poza saxlanması olduca çətin pozadır.

Həyatda iki faciə var: birincisi, bütün arzulara çata bilməmə, ikincisi, hamısını əldə etdikdən sonrası.

Üzr istəyirəm, sizi tanıya bilmədim, mən çox dəyişmişəm.

Həyat yatmamıza mane olan kabusdur.

Çox adam dostlarının uğursuzluğuna məyus olur, ancaq az adam onların uğuruna həqiqətən sevinir.

Mən cənnətə getmək istəmirəm, dostlarımın heç biri orada deyil.

Əgər insanlara həqiqəti söyləmək istəyirsizsə, onları güldürün, yoxsa sizi öldürərərlər.

Çox insan özü deyil, fikirləri başqalarının mühakimələridir, həyatları kiməsə səcdə etməkdir, ehtirasları başqalarının ehtiraslarının təkrarıdır.

Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin.

Kərpic divarla danişmağı sevirəm, o yeganə varlıqdır ki, mənimlə mübahisə etmir.

Güman edirəm ki, öz əcəlimlə ölməyəcəm.

Ən pisi o deyil ki, ürək qırılır, ürək qırılmaq üçün yaranıb. Ən pisi odur ki, ürək daşa çevrilsin.

Əvvəlcə qadın kişiyə qarşı müqavimət göstərir, hər şey onunla bitir ki, kişini uzaqlaşmağa qoymur.

Bədənimi ruhumdan ayırmaq üçün içirəm.

Əsl dostlar səni öndən bıçaqlayırlar.

O qədər ağıllıyam ki, özüm özümdən baş açmıram.

Sən elə düşünürsən ki, nəfsinə uymaq zəiflikdir? Sənə deyim ki, elə dəhşətli şirnikləndirici şeylər var ki, güc, güc və cəsarət istəyir ki, ona məğlub olasan.

Heç kim öz keçmişini satın ala biləcək qədər varlı deyil.

Yalnız incəsənət vasitəsilə biz öz mükəmməliyimizin fərqinə vara bilərik.

Vətənpərvərlik qəddarlıq məziyyətidir.

İnsan qeyri-mümkünə inana bilər, ancaq ağlasığmaza heç vaxt.

Bir insanın keçmişi elə onun özüdür, bu, insanları  mühakimə etmənin yeganə yoludur.

Müasir həyatda heç nə yaxşı bayağılıq qədər təsiredici deyil. Bu bütün dünyanı bir-birinə qohum edir.

Biz dramaturqdan realizmə romantika qatmasını istədiyimiz halda, aktyordan romantikaya reallıq qatmasını istəyirik.

Həqiqət nadir hallarda təmiz olur və heç vaxt sadə olmur.

Evli kişinin xoşbəxtliyi evlənmədiyi qadındadır.

O şey dəbdədir ki, onu yalnız sən özün geyinirsən.

Ən yaxşı mühit elə sən özünsən.

Oskar Uayld
Top