Başqalarını, ancaq özünü sevmə sənətində ustalaşdığın zaman həqiqətən sevə bilərsən.
Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət” dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər.
Səhv etmənin tənqid olunacaq bir tərəfi yoxdur. Səhvlər həyatın bir hissəsidir və inkişaf üçün lazımlıdır. Bu belə söyləməyə bənzəyir, ‘xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə və təcrübə səhv qərarla gəlir.’ Ancaq eyni səhvləri təkrar təkrar hər gün etməyin qəbul edilə bilən bir tərəfi yoxdur.
Ürəyində həll edilmədən qalan hər şey üçün səbirli ol. Sualların özünü sevməyə çalış, kilidli otaqlar və xarici dildə yazılmış kitablar kimi. Cavabları indi axtarma. Hal-hazırda cavablar sənə verilə bilməz, çünki sən hələ onlarla yaşaya bilməzsən. Bu, hər şeyi yaşama məsələsidir. Hal-hazırda sənin sualı yaşamağın lazımdır. Bəlkə gələcəkdə nə vaxtsa, fərqinə belə varmadan, bir gün özünü, cavabını yaşayarkən tapacaqsan.
Çox təəssüf ki, çox insan necə yaşanacağını, ancaq ölmək vaxtı gələndə öyrənər. Çox insan ömürünün ən gözəl illərini, bir bina mənzilində, televiziya izləyərək keçirər. Çox insan iyirmi yaşında ölər və səksən yaşında da basdırılar. Bunun, sizin də başınıza gəlməsinə icazə verməyin.
Hər bir şəraitdə pozitivi axtarmağı vərdiş halına gətirsən, həyat keyfiyyətin ən yüksək səviyyəsinə çatacaq.
Tutmadığın hər söz nə cür kiçik və zahirən əhəmiyyətsiz olursa olsun, davamlı olaraq şəxsiyyətindən bir şeyləri alıb aparar.
Çox az adamın çatdığı uğurları əldə etmək üçün, çox az adamın cəsarət edə bildiyi şeyləri edin.
İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər.
Yaxşı insanlar, özlərini davamlı olaraq gücləndirirlər.
Bizi formalaşdıran və tərz qazandıran şeylər, sevdiyimiz şeylərdir.
Düşüncələrini və həyatını yaxşılaşdırmaq üçün zamanın olmadığını söyləmək, benzin almaq üçün dayanmağa zamanın olmadığını, çünki avtomobili sürməklə məşğul olduğunu söyləmək kimi bir şeydir. Bu axır-əvvəl səni yarı yolda qoyacaq.
Zehində güclü bir şəkildə canlandırmağı öyrəndiyində, içindəki canlı güclər oyanacaq.
Çöl dünyada etdiyin hər şey daxili dünyada başlayır.
Aydınlanmış olmaq, tamamilə işıq olmaqdır; tamamilə işıq olan birinin kölgəsi olmaz, qaranlıq tərəfləri olmaz, qorxuları, ehtirasları və sərhədləri olmaz ..
Keçmişin dustağı olmağı buraxmalısan. Bunun yerinə, gələcəyin memarı olmalısan.
İşə yarayacaqlarına inanmasan, işə yaramayacaqlar.
Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən təməl özəlliyidir, davam edən öyrənmə, sarsıntılı zamanları geridə qoymaq və həyatda qalmağın ən önəmli taktikalarından biridir.
Cəsarət, qorxunun yoxluğu deyil, qorxunun içindən gedib sizin üçün əhəmiyyətli olan məqsədi qovmaqdır.
Robin Şarma
Hazırladı: Fidan Aslanova