Həyat, kimin ovçu, kimin şikar olacağını müəyyənləşdirən yarışdan başqa bir şey deyildir.
Əgər bir nəfərə onun inanmaq istədiklərinin əksinə bir həqiqət desən, o sənin dediklərini araşdıracaq, əgər əsaslı dəlilin yoxdursa, sənə inanmaq istəməyəcək.Yox əgər ona inanmaq istədiklərinə uyğun bir şey desən, heç bir dəlil-sübütsuz sənə inanacaqdır. Bütün inancların əsasını bu təşkil edir.
Çox az insan başqa insanlara, millətlərə, fərqli fikirlərə nifrət etmədən xoşbəxt ola bilər.
Anlaya bilmirəm, xeyirxah olan bir Tanrı, yaratdıqlarını əbədi cəhənnəmə necə məhkum edə bilər?
Buna görə də çoxluğun bir fikrə inanması, bu fikrin doğru olduğuna dəlalət etməz. Bəşəriyyətin əksər hissəsi cahil olduğundan hamı tərəfindən qəbul edilən bir fikrin yanlış olmaq ehtimalı daha çoxdur.
Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur.
Fərqli düşünməkdən qorxmayın. Unutmayaq ki, indi adi qəbul etdiyimiz əksər fikirlər bir zamanlar qeyri-adi idi.
Azadlıq yalnız zamanın tələblərindən doğan saxta şəxsi xoşbəxtliklərdən imtina edənlərə verilir.
Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir.
Xoşbəxtliyin sirri, dünyanın qorxunc, çox qorxunc bir yer olduğu həqiqəti ilə üzləşməkdir.
Təcrübə gəstərir ki, sınaqdan keçirilməmiş, dəlillə müdafiə edilməmiş düşüncə, bütün qəbul etdiyimiz həqiqətlərin əsasını təşkil etsə də, həqiqətin təminatçısı deyil.
İnsan öz həyatının əksər hissəsini planlaşdırmaqdansa hər şeyin zamanın axarına buraxmalıdır, çünki sistemləşdirilmiş bir həyatın sonunda əqli və cismi ölümdən başqa heçnə yoxdur.