Dünyadakı hər şey ümidlə qurulub

Dünyadakı hər şey ümidlə qurulub

İnsanın uğrunda ölə biləcəyi bir şeyi yoxdursa, yaşamağa haqqı da yoxdur.

Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik.

Quş kimi uçmağı, balıq kimi üzməyi öyrəndik, amma qardaşcasına yaşamağı öyrənə bilmədik.

İnsanlar ümumilikdə bir-birlərinə nifrət edirlər. Çünki bir-birlərindən qorxurlar, bir-birlərindən qorxurlar, çünki ünsiyyət qurmurlar, ünsiyyət qurmurlar, çünki təbəqələrə bölünüblər.

Faciə — pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir.

Dünyadakı hər şey ümidlə qurulub.

Həyatımız vacib hadisələrə reaksiya vermədiyimiz gün sona çatır.

Sizə yer süpürmək tapşırılıbsa, Mikelancelonun rəsm çəkdiyi, Bethovenin mahnı bəstələdiyi, Şekspirin şeir yazdığı kimi edin. O qədər gözəl süpürülsün ki, göydəki, yerdəki hamı durub “Burda dünyanın ən yaxşı süpürgəçisi yaşayır” desin.

Axırda düşmənlərimizin sözlərini deyil, dostlarımızın səssizliyini xatırlayacağıq.

Əsla unutmayaq ki, Adolf Hitlerin Almaniyada etdikləri qanunsuz deyildi.

Xırda bir ədalətsizlik bütün ədalət üçün təhlükədir.

Çox bilməli, az danışmalı, hər suala cavab verməməli.

Bir xəyalım var; gün gələcək keçmiş qulların nəvələri ilə keçmiş sahiblərin nəvələri bir süfrə ətrafında oturacaqlar.

Öz ürəyimdən qorxduğum qədər nə Papadan, nə də keşişlərdən qorxuram.

Bu dünyada şüurlu cəhalətdən və axmaqlıqdan daha qorxulu şey yoxdur.

Qaranlığı qaranlıqla yox etmirlər, bu, ancaq işıqla mümkündür. Nifrəti nifrətlə yox etmirlər, bunu ancaq sevgi ilə etmək olar.

Sevgisiz inamın dəyəri yoxdur.

Görmək həmişə inanmaq deyil.

Üsyan – sözü eşidilməyənlərin dilidir.

Martin Lüter Kinq

Top