İtaliya – təkcə Avropa sivilizasiyasının beşiyi, İntibah dövrü dahilərinin vətəni və çəkməyə bənzər ölkə deyil, həm də müdrik fikirlər anbarıdır.
İtalyan atalar sözləri :
1. Oyun qurtaranda şah da, piyada da eyni qutuya qoyulur.
2. İntiqam – soyuq verilən yeməkdir.
3. Qoyunla yüz il yaşamaqdansa, şirlə bir gün yaşamaq yaxşıdır.
4. Qonaq balıq kimidir, 3 gündən sonra iylənməyə başlayır.
5. Ay Allah, sən məni dostlarımdan qoru, düşmənlərimlə özüm baş çıxaram.
6. Özünü tanıyan dünyanı da tanıyar.
7. Sən istəyirsənsə, mümkünsüz heç nə yoxdur.
8. Şərab və dost köhnə deyillərsə, bir qəpiyə də dəymirlər.
9. Yalan danışırsansa, lakonik ol.
10. Axmaqlara hərdən döz, bəlkə nəsə onlardan öyrəndin. Ancaq heç vaxt onlarla mübahisə etmə.
11. Hava, ər və oğul – təxmin elədiyin kimi olurlar.
12. Qadınla mübahisə etməyin iki üsulu var. Amma heç biri işə yaramır.
13. Uzunqulaq doğulan at kimi ölə bilməz.
14. İstəyirsənsə, səni qiymətləndirsinlər – öl.
15. Evlənəndə və at alanda gözlərini yum və Allaha həvalə et.
16. Heç kim tənha olmaq istəmir, hətta cənnətdə belə.
17. Hər şey Allahdandır, qadından başqa.
18. Pullu olmaq kifayət deyil, gərək onu xərcləməyi də bacarasan.
19. Ancaq əsl dost üzünün çirkli olduğun deyə bilər.
20. Problem sənə toxunana qədər ona toxunma.
21. Dünya səbirlilərə məxsusdur.
22. Çayın dərinliyini hər iki ayağınla yoxlama.
23. Xoruzların susduğu, toyuqların qışqırdığı hində sülh olmaz.
24. Başqasının məsləhətini ya al, ya da imtina et. Ancaq heç vaxt özününkündən dönmə.
25. Düzgün yol heç vaxt uzun olmaz.
26. Pivə içən yüz il yaşayar.
27. Qara toyuq da ağ yumurta yumurtlayır.
28. İnsanı kitablardan çox illər dəyişdirir.
29. Sevgini, alovu və öskürəyi insanlardan gizlətmək olmur.
30. Sevgi müharibəsində gedən qazanır.
Kulis.Az