Məni ürəyimdən öp

Məni ürəyimdən öp

Heç görüb, toxunub, öpmədiyin birinə aşiq oldunmu? Olsaydın eşqin nə olduğunu bilərdin.

Səninlə bir çaydanla qəhvədan kimiyik. Mən üst hissəsiyəm, sən isə alt hissə. Böyüksən axı, aramızdakı fərq isə budur: mən sənsiz də dəmlənə bilirəm, amma sən mənsiz ancaq su qaynada bilərsən.

Gedə bildiyin yerə qədər get. Bu limanda itirdiyim yeganə gəmi sən deyilsən. Amma bunu unutma: fırtına limanda qalanı deyil, gedəni məhv edir.

Gözümü bağlayıb itələsələr yenə sənin yanına düşərəm, yer cazibəsi deyil bu, yar cazibəsidi.

Torpaq olsam üstümdə gəzməyəcəksən, hava olsam içinə çəkməyəcəksən. Bu cür düşmənsən!

Səni yatarkən izləmək vardı indi… Qoxunda sərxoş olmaq… Səni oyandırmaq üçün can atmaq, amma qıya bilməmək. 

Sən gedəndə “boş ver, dünyanın sonu deyil ki” deyən dostlarıma mənim dünyamın səndən ibarət olduğunu necə anlada bilərdim axı.

Eşq xarab olmuş kompasdır, səni səhv bədənlərə aparar.

Normal halda 2 gün güclə davam gətirən telefonunun zaryadkası, 5 gün qalırsa, deməli, tənhasan.

Qəlbə qarşı tərbiyəsizlik edəndə eşqi döymək lazımdır.

İllah da üçüncü şəxs aramıza girəcəksə bu şəxs kiçik barmaqları olan bir qızımız olsun.

Artıq aramızdakı uzaqlıqdan özünə qalın matəm geyimi tikdirə bilərsən. Televizorumun göstərmədiyi bir kanal kimisən artıq. Sən get, bambaşqa yataq otaqlarında sıradan insanların bədənlərini bəzə!

“Sənin üçün ölərəm”,- dedi. “Mənim üçün onsuz da ölmüsən”,- dedim, cəsədini götürüb çıxdı.

Şirin dil ilanı yuvasından çıxarar, öküzü deyil. Niyə geri qayıtmadığını anladım.

Məhəbbəti yüksəklərə qaldırıb üzərinə belə yazmaq lazımdır: “Alçaq”ların əlinin çata bilməyəcəyi yerlərdə saxlayın.

Burax artıq yanaqlarımı, dodaqlarımı, gücün çatırsa məni ürəyimdən öp.

Soyuq və şəkərsiz çay kimisən. Nə içimi isidirsən, nə ağzıma dad verirsən, sadəcə yuxumu qarışdırırsan.

Bu gün kitab izlədim, film oxudum, musiqi yedim, yemək dinlədim. Ağlım səndə idi, heç bir şeyi doğru-düzgün edə bilmədim.

Meyvə verməyən yeganə ağac dar ağacıdır.

Eşitdim ki, böyrəyində daş var. Çox güman ki, ürəyindən düşüb.

Evdə pişik, it bəsləməklə heyvansevər olmazlar, heyvansevər mənim kimi olar: qoynunda ilan bəsləyəcəksən.

Nə kommunistəm, nə sosialist, nə ateist. Qismətsizəm!

Birini itirmək istəsəniz onu çox sevin, kifayətdir.

Qəlbim qırılıb, diqqət elə, əlini kəsməsin!


Sənin həmişə “səni sevirəm, amma...” ların vardı, mənim isə “Amma səni sevirəm”lərim.

Özünü bir pox hesab edənlərlə eyni kanalizasiyada olmaq çox çətindir.

Qarpız seçəndə göstərdiyiniz diqqəti sevgili seçəndə də göstərsəydiniz bu qədər aldanmazdınız. 

İpodunda heç dinləmədiyin, sırası gələndə ötürdüyün mahnıyam. Nə dinləyirsən, nə də silirsən.

Küçük İskender
Top