Ancelina Coli

Ancelina Coli

Amerikalı aktrisa, rejissor və ssenarist Ancelina Coli:
Azad olmaq – intuisiyalara tabe olmaq, heç kimə zərər verməmək və insanları səhvlərinə görə qınamamaq deməkdir.

İnsanlardan ən çox nə etmək istədiklərini soruşun. Məlum olacaq ki, onlar hələ etmək istədiklərini etməyiblər. Bax, bu məni, həqiqətən, məyus edir...

İnsan düşünəndə ki, sabah həyatda olmaya bilər, o artıq necə olmasından asılı olmayaraq, həyata dəyər verməyə başlayır.
Dünyanın necə böyük olduğunu anlamaq çox vacibdir.

...Sonra başa düşdüm ki, müşahidə etməkdən və qəzəblənməkdənsə, kasıbçılıq içində yaşayan insanlara yardım etməyin yollarını tapmaq lazımdır...

Tatuirovka, qan və çapıqlar – bax, mən bunlardan təşkil olunmuşam.
Psixoanalitikə ehtiyacım yoxdur. Seçdiyim rollar — bunlar mənim psixoanalitikimdir.
Ətrafımdakı bütün qızlar balerina olmaq arzusu ilə alışıb-yandığı bir vaxtda, mən vampir olmağı arzulayırdım.

Bir çox insanlar düşünür ki, həyatım qaranlıq sirlərlə zəngindir və əsas ideyam ölümdür. Ancaq mən həyatı başqalarından daha çox dəyərləndirdiyimə görə, ölüm barədə tez-tez fikirləşirəm.

Qandan qorxmuram. Meyitlər də, o cümlədən. Ölü insan görəndə təkcə onu düşünürəm ki, bir müddət öncə o, sağ idi — mənim kimi.
Ölüm hardasa insana sakitlik verən bir şeydir. İnsan düşünəndə ki, sabah həyatda olmaya bilər, o artıq necə olmasından asılı olmayaraq, həyata dəyər verməyə başlayır.
Çox gec anladım ki, xoşbəxt olmaq – bu yalnız sənin etdiyin seçimdir.

Ağrısız əzab yoxdur. Əzabsız isə biz heç vaxt öz səhvlərimizdən dərs götürməyi bacarmayacağıq.

Mən həmişə çatışmazlıqları cazibədarlıq hesab etmişəm. Məsələn, çapıqlar insana seksuallıq verir. Onlar insanın əvəzinə sanki bunları deyir: bəli, mən ağılsız olmuşam...

Anam heç vaxt qışqırmırdı. Nə qışqırırdı, nə danlayırdı. O ağlayırdı… Yataq otaqlarımız yanaşı olduğuna görə, onun ağlamağını eşidirdim. Bir dəfə evə səhərə yaxın gəldim. Məktəbdə nə ilə məşğul olduğumu soruşmayın. Evə gələndə anamın ağlayan üzünü gördüm. Hiss olunurdu ki, o, bütün gecəni ağlayıb...

Mənim atam (Con Voyt- red.) dahi aktyordur. Lakin, ilk növbədə, o, dahi atadır...

Personajlarımın arxasında gizlənməkdən xoşum gəlir. Çox qapalı insanam və ən əsası, məşhurluğumun öhdəsindən gəlməyi öyrənmişəm.

Kinoya çəkilməyə başlamamışdan öncə, döşlərimin ölçüsünü bilmirdim.
Kiminsə mənə toxunmasından xoşum gəlmir. Bir dəfə mənə demişdilər ki, kimsə məni qucaqlayanda donur və nəfəsimi saxlayıram. Bəli, indiyə qədər də belə edirəm. Görünür, məni ruhi xəstəxanaya yerləşdirməyin vaxtıdır.

Dünyanın necə böyük olduğunu anlamaq çox vacibdir.
İlk böyük dünya səyahətimə çoxdan çıxmışam. O vaxt gördüklərim mənə çox təsir etdi. Mən dəyişdim. Bu yolu keçən hamı kimi, daxilimdə qəzəb hissi yarandı. Lakin sonra başa düşdüm ki, müşahidə etməkdən və qəzəblənməkdənsə, kasıbçılıq içində yaşayan insanlara yardım etməyin yollarını tapmaq lazımdır.
Xəbərlərdə qaçqın düşərgələrini görən amerikalılar anlamırlar ki, bu insanlar, sadəcə, öz evlərinə qayıtmaq istəyirlər.

Birinci dəfə Syerra-Leonedə olanda üsyançılar tərəfindən əlləri və ya ayaqları kəsilmiş minlərlə insan gördüm. Yadımdadır ki, bu insanların söhbətini dinlədiyim ilk günlərdə dayanmadan ağlayırdım. Sonra başa düşdüm ki, onlara mənim göz yaşlarım lazım deyil.

Övladlarıma etdiyim ən böyük hədiyyə dünya ilə tanışlıq idi.
Uşaqlarım mənim kimi səyahət etməyi sevirlər. Onlar Manhettendəki oteldə də, Keniya səhrasındakı çadırda da özlərini rahat hiss edirlər.
Düşünürəm ki, uşaqlar hər şeyi öz gözləri ilə görməlidirlər.
Qazancımın üçdə bir hissəsini kənara qoyuram, qalanını xərcləyirəm, digər hissəsini isə xeyriyyəçiliyə sərf edirəm.

Azad olmaq – intuisiyalara tabe olmaq, heç kimə zərər verməmək və insanları səhvlərinə görə qınamamaq deməkdir.

Həmişə bir neçə həyat yaşamaq istəmişəm.
Nə vaxt intuisiyama qulaq asmayıb, məntiqlə hərəkət etməyə başlayıramsa, elə həmin dəqiqə xoşagəlməz hadisələr seriyası başlayır.
Altı uşağın varsa, artıq təhlükədən uzaq olmağa çalışırsan.
Bəzən uşaqların verdikləri suallar məni çətin vəziyyətə salır. Onlar axı sual verə bilərlər: “Niyə Şreklə Fiona evləndi, sən isə hələ yox?”
Məncə, uşaqlar üçün toy dördmərtəbəli tort deməkdir.
Həyat kinodan fərqlənir. Ən adi bir misal göstərək: Qadının sevdiyi kişi ilə yataqda ideal pozada uzanması vacib deyil, üstəlik, o, döşlərini gizlətmək məcburiyyətində də deyil.
Mən işləyən anayam. İstəyirəm ki, geyimim gözəl, seksual, eyni zamanda, rahat olsun.

Həmişə düşünürdüm ki, həyatda ən dəhşətli, ən məsuliyyətli iş ana olmaqdır. Bu kürəyinə vurduğun tatuirovka deyil.

Həyatda ən böyük arzum Bond haqda çəkilmiş filmdə cani rolunu oynamaqdır.
Kinoda bütün ömrü boyu çəkilməyi düşünmürəm. Nə vaxtsa nənə olacağam axı.
Bir çox qadınlardan fərqli olaraq, hamilə olmaqdan xoşum gəlir. Bütün bədəninin sənə yox, uşağa aid olması gözəl bir hissdir.
İnsanlar elə qəribədir ki. Onlar zənn edirlər ki, arıq olduğumu söyləyəndə kefim açılır.
Günlərin bir günü başa düşdüm ki, özüm olarkən rahat oluram. Bu hissi daha əvvəl yaşamamışdım. Bu gün mən, nəhayət, söyləyə bilərəm ki, həyatım işim kimi maraqlıdır.

Həyatın mənasını dərk etməyə vaxtım yoxdur.
Nəsə etməkdən, məşğul olmaqdan və çoxsaylı sualları cavablandırmaqdan xoşum gəlir. Ancaq dəqiq neçə filmdə çəkildiyimi bilmirəm.
Dil öyrənməyə başlayırsansa, ilk növbədə, söyüşləri öyrən. Yaxşı söyüşlər istənilən danışıq kitabçasından daha çox yardım edəcək.
Kinoda davalar həmişə gözəl görünür, həyatda isə əksinədir – iyrəncdir.
Zebr ideal ovdur, bu haqda heç düşünmüşünüz? Zebrlər maskalana bilmirlər… Onlar gözəl zalın ortasına qoyulmuş mənasız kreslolara bənzəyirlər...

Cavan yaşında ölməmişəm, bu artıq yaxşı haldır.

Tərcümə: Aytən Cavanşir
Top