Vaynona Rayderin həyatdan öyrəndikləri

Vaynona Rayderin həyatdan öyrəndikləri

Həyatım bioqrafiyalarda yazıldığı qədər maraqlı olmayıb.Mənə hipster deyiləndə xoşuma gəlir. Yeri gəlmişkən, bu nə deməkdir? Yuxarı siniflərdə oxuyanda mən Bond qızları kimi geyinməyə çalışırdım, yeniyetmə Pussi Qalor (“Goldfinger” filmindən –red.) kimi görünürdüm.Özümdən başqa kiməsə təsir edə biləcəyimə inanmıram.

Rollarım haqda ilk iki sözü işlədirlər – bir az axmaqvarı və süstdür.18 yaşım olanda Şon Penlə mübahisə elədim. Dedi ki, 500 dollardan mərcə gəlirəm, 30 yaşında aktrisa karyerandan iyrənəcəksən. O pulu istəməyə hələ də üzüm gəlmir.

Həyatım bioqrafiyalarda yazıldığı qədər maraqlı olmayıb.

Jurnalistlərə nifrət edirəm. Onlar sənin haqda ancaq iki şey yaza bilərlər: ya absurd bir yalan, ya da hamıdan gizlətməyə çalışdığın sirri.

Kino ulduzu olmaq pis şeydir. Sənin problemlərin insanlara özlərininki ilə müqayisədə həmişə “yalançı” gəlir.

İndi heç olmadığım qədər xoşbəxtəm. Mən ömrümü Qloriya Svenson (səsli kinonun gəlişi ilə karyerasını bitirən kino ulduz –red.) kimi imarətdə oturub siqaret çəkə-çəkə köhnə filmləri təkrar izləyərək keçirmək istəmirəm.

Sənayenin ən böyük səhvi aktyorlara bir filmə görə 20 milyon dollar vermək oldu.  Hər şey o vaxt bitdi.

Nə vaxtsa aktrisa olmağı arzulamağım yadıma gəlmir. Yazıçı olmaq istəyirdim.

 19 yaşım olanda sevgilim mənə Yeni il  hədiyyəsi kimi Selincerin 50-ci illərdə kiməsə yolladığı açıqcanı almışdı. Açıqcada “Yeni ilin mübarək” sözündən və imzadan başqa heç nə yox idi. Neçə illər onu saxladım, bundan dəhşətli əzab çəkirdim. Nəhayət, məktubu Selincerə göndərməyi qərara aldım və yazdım: “Əziz Selincer, mən bu açıqcanı hədiyyə kimi almışam, indi onu sizə geri qaytarmaq istəyirəm, çünki sizin şəxsi həyatınızın gizliliyi hüququnuza sonsuz hörmət edirəm”. Təsəvvür edirsiniz nə oldu? “Çox sağ olun” – deyə cavab məktubu aldım.
Hərdən hamımız boyuməyə məcbur oluruq.
Məşhurluq – şəhər meydanı olmağa oxşayır. İctimai mülkiyyətin bir növünə çevrilirsən.

Bir dəfə barda dostumla oturmuşdum, qəfildən mənə: “Başa düşürsən ki, Amerikada sənin həyatından xəbərsiz kişiyə rast gələ bilməyəcəksən?”- dedi.
Winona Ryder
Nöqsanlarının olması, yıxılmaq, büdrəmək – bunlar normaldır.
Əsas budur ki, “bunlar niyə məhz mənim başıma gəlir?” sualının heç bir sirli cavabının olmadığını biləsən.
 
“Qəribə” – bax, bu sözə nifrət edirəm. Məni belə adlandıran adamı yerindəcə güllələyərəm.

Elə bil, dünyanın bütün modelləri yaşadığım küçəyə köçüblər.

Gəzəndə özümü sirk karliki kimi hiss edirəm.

Hərdən hamımız böyüməyə məcbur oluruq.

“Həmişəlik” … İlahi, necə qəribə sözdür bu.

Mənbə: “Esquire” jurnalı
Top