— Mənim seçimim- döyüş sənəti, mənim sənətim- aktyor. Mənim əsas rolum- həyat rəssamı.
— Bilik kifayət deyil, sən onu tətbiq etməlisən. Arzu etmək kifayət deyil, sən onu reallaşdırmalısan.
— Əgər sizi tənqid edirlərsə, demək siz doğru yoldasız. İnsanlar adətən beyini olan hər şeyə hücum edərlər.
— Çılğınlıq səni tez bir zamanda axmağa çevirər.
— Yumuşaqlıq sınmaz.
— Mühakimə etmək əvəzinə anlayış göstərməyi öyrənməyə çalışıram. Mən gözüyumulu izdihamı izləyib, onların yanaşma tərzini qəbul edə bilmərəm.
— Nə verməyiniz önəmli deyil, önəmli olan necə vermənizdi.
— Boş başların uzun dilləri olar.
— Əgər sən nəyinsə mümkün olmadığını düşünürsənsə, o zaman sən bu yolla onu mümkünsüz edirsən.
— Məqsədə mütləq şəkildə çatmaq önəmli deyil. Bəzən o, irəli addımlamaq üçün də istiqamət ola bilər.
— Mənim əsas düşmənim özüməm.
— Mən 10 min fərqli zərbəni öyrənən insandan qorxmuram, mənim qorxduğum 1 zərbəni 10 min dəfə öyrənən şəxsdir.
— Sadəlik incəsənətin ən uca zirvəsidir.
— Su kimi hərəkət edin, güzgü kimi durun və exo kimi cavab verin.
— İnsan – hiss edə və yarada bilən varlıqdır.
— Ölümlə barışmaq lazımdır. Əgər daimi yazı arzu etməyi dayandırsanız, o zaman yay da, qış da sizə xoşbəxtlik bəxş edəcək.
— Dostum, həyat onu mənfi enerji ilə doldurmaq üçün çox qısadı. Ona görə, məmnuniyyətlə nələrisə planlaşdır və öz məqsədinə doğru get.
— Nəyəsə görə yaşadığınızı deyil də, sadəcə yaşadığınızı dərk edin.
— Səni sən edən düşüncəndir.
© Bruce Lee