Robert De Nironun həyatdan öyrəndikləri

Robert De Nironun həyatdan öyrəndikləri

Ən yaxşı otel tək qala biləcəyim oteldir.Danışanlar bilməz, bilənlər danışmaz. Bu, heç vaxt dəyişmir.

Məsələ sadədir: əgər getməsən, heç vaxt öyrənə bilməzsən. Uşaqlarıma da həmişə bunu öyrədirəm.

İtaliya dəyişə bilər, amma Roma elə həmin Romadır.

Oturub bütün filmlərimə yenidən baxmaq istərdim. Baxanda məni düşündürəcəkmi görəsən? Bunu bilmək istəyirəm. Amma gör nə qədər filmdə oynamışam… Hamısına baxmaq bir ay vaxt alar. Mənim o qədər vaxtım yoxdur.

Ən yaxşı otel tək qala biləcəyim oteldir.

Frensisə (Frensis Ford Kollopa) hər zaman borclu olacam.

“Maral ovu” (“Deer Hunter”) filmini çəkəndə Taylandın olduqca maraqlı bir yer olduğunu düşünmüşdüm. Ordakılara demişdim, tezliklə bu yerlərə yenidən gələcəm. Amma ora yenidən getməyim üçün 18 il vaxt lazım oldu.

Aktyor seçimi üçün müsabiqələrdə iştirak edənlərə həmişə deyirəm: İnstinktinizin dediklərini etməkdən qorxmayın. Ola bilər, rolu almayasınız, ancaq ən azından insanların diqqətini çəkərsiniz.

Otel tikəndə “qısa yol”a qaçsanız, insanlar bunu asanlıqla sezəcək, aldadıldıqlarını hiss edəcəklər. Filmdə də belədir; ona görə, istisnasız olaraq bütün qısa yolları və hiylələri ssenaridən çıxarmaq lazımdır.

Bəzən maddi məhdudiyyətlər olur; bu, sizin xeyirinizədir. Sizi daha yaradıcı olmağa məcbur edir.

Hələ də “Avatar” filmini izləyə bilməmişəm.

Uşaqlarınız varsa, probleminiz bitməyəcək.

Uşaqların mənə nə öyrədib-öyrətmədiyini bilmirəm. Bir şeyi bilirəm ki, tez böyüyürlər. Ata olsan da, gəlib sənə məsləhətlər verirlər.

Uşaqların adama məsləhət verməyi çox qəribədir. Ötən gün böyük oğlumla danışırdım. Mənə “Belə etməlisən, elə etməlisən” dedi. Düzdür, mən uşaqlarla razılaşmıram. Amma situasiya çox xoşuma gəlir.

Adam qocaldıqca daha ehtiyatlı davranmağa çalışır.

Əvvəllər qarşılaşdığımız hadisələrlə yenidən üzləşirik. Və bu hadisələrin sonunun necə olacağını bilirik.

Marlon Brando nə edir-etsin, həmişə maraqlı insan olub.

Marlon Brando nə edir-etsin, həmişə maraqlı insan olub.
Marlonla “Xaç atası”ndakı rollarımızı heç müzakirə edə bilmədik. Nə deyəcəkdi ki? Bir-birimizi yaxşı tanıyırdıq. Marlonla aktyorluqdan danışmaq olmur. Nədən danışsan da, aktyorluqdan olmur. Düşünürəm ki, müzakirə olunacaq mövzu deyil.

Reallıq yaşadığımız andır.

İnsanlar iki cürdür: fərqli şeylər yaradanlar və bu fərqliliklərdən maksimum yararlanmağa çalışanlar.

Oxumaq istədiyim bütün kitabları oxumayacam.

Saatlarla oturub yaxşı mənzərənin dadını çıxarıramsa, təmiz havada piyada gəzirəmsə, bu o demək deyil ki mən təqaüdə çıxmalıyam. Mənim belə kiçik şeylərdən zövq almağımın qocalıqla əlaqəsi yoxdur.

Həyat səni tamamilə dəyişmir, kiçik şeylər dəyişə bilər ancaq. Məsələn, uşaq olanda şirin şeyləri sevirdim. İndi isə yemirəm. Harasa dəvət ediləndə, yaxud restorana gedəndə: “Bura qədər ki gəlmişik, yemək məcburiyyətindəyəm”, — deyirəm.

İndi indidir. Sonra da sonra. Gələcək hələ gələcəkdə olacaq. Ona görə, yaşadığın anın dadını çıxar. Ən yaxşı zaman indidir.

Yaddaşım çox zəifdir. Zəhləm gedir bunu mənə xatırladanda.

İstedad – ilk növbədə düzgün seçim etmək bacarığıdır.

Teatra getməkdən xoşum gəlir. Orda heç kim məni narahat etmir. Bəzən heç tanımırlar da.

İşimin ən sevdiyim cəhəti – başqalarının həyatını yaşayıb, səhvlərin cəzasını çəkməməkdir.

Yaxşı məsləhəti pis məsləhətdən seçmə bacarığım olaydı kaş.

Filmlərim də uşaqlarıma oxşayır, bircə fərq var: uşaqları 3D formatında yenidən çəkib varlanmaq olmur.

Mənə elə gəlir, rejissorların işi prezidentlik kimidir. Oxşar məqsədləri çoxdur.

Hərdən olulərə paxıllığım tutur: nə qədər boş vaxtları var.
Məncə, insan təkcə iqlimi deyil, zamanı da dəyişdirib. Fikir vermisiniz? İndinin on ili keçmişin 3 ili kimi keçir.

Hərdən ölülərə paxıllığım tutur: nə qədər boş vaxtları var.

Los-Ancelesi heç vaxt sevməmişəm. Yeganə yerdir ki, səfərimin qarşılığını ödəməsələr, getmirəm.

Məndə italyan qanı var, amma sonacan italyan deyiləm. Bir az hollandam, bir az fransız, bir az alman. Amma adıma görə həmişə İtaliyaya aid edirlər məni.

İndi gənclikdəkindən daha çox gülürəm. Yəqin insanları əvvəlki kimi sərt mühakimə etmirəm.

Qorxmaqdan təhlükəli şey yoxdur. Cəsarəti axmaqlıqla səhv salmamaq lazımdır.

Bu yaxınlarda oxudum ki, qadınlar kişilərin qarşısında daha rahat soyunur, nəinki kişilər qadınların qarşısında. Məncə, səbəb aydındır: qadınlar kişilərə qiymətləndirmək üçün baxır, kişilər təşəkkür etmək məqsədilə.

Arıqlamaq cavanlaşmaqdan daha asandır.

Dastin Hoffmana paxıllığım tutur. O, eyni vaxtda həm məzəli, həm də ciddi ola bilir. Məndə heç vaxt alınmır.

Hamının öz reallığı var.

Əgər Allah varsa, mənim ona çoxlu suallarım olacaq.

Mənbə: “Esquire” jurnalı

Top