Mənim əsərlərim həyat və qidadır, ət və qandır. Onlarda nə ağıl, nə də hiss axtarın.
Sürrealizm dağıdıcıdır; təxəyyüllümüzü məhdudlaşdıran bütün qandalları məhv edir.
Mən narkotik qəbul etmirəm. Mən özüm narkotik maddəyəm.
Hər səhər yuxudan oyananda yenidən fövqəladə həzz yaşayıram: Salvador Dali olmağın həzzini!
Mən həmişə başqalarının görmədiklərini görmüşəm, amma başqalarının gördüklərini heç vaxt görməmişəm.
Ölüm mənim köhnə dostumdur. Yəqin gələndə ona deyəcəm: «Oturun, dincəlin! Bəlkə şampan içək?”. Axı mən ürəyimin dərinliyində qorxağam.
Taleyə iki şeyə görə minnətdaram: Birinci — ispan olduğum, ikinci — Salvador Dali olduğum üçün.
Axmaqlar elə bilirlər ki, başqalarına verdiyim məsləhətlərə özüm də əməl edirəm. Yox, mən başqalarına qətiyyən oxşamıram.
Səhvlər həmişə müqəddəsdir. Onları düzəltməyə çalışmayın. Əksinə, onları başa düşməyə çalışın. Yalnız bundan sonra onları ucaltmağınız mümkün olacaq.
Dahi olmasan belə, özünü elə göstər…