Emi Uaynhausun həyatdan öyrəndikləri

Emi Uaynhausun həyatdan öyrəndikləri

Bu qədər mukafat almagıma hec cur inana bilmirəm.Mənə heç kimin köməyi lazım deyil. Özüm özümə kömək etməsəm, heç kim edə bilməz.

Yaşıdlarımın əksəriyyəti vaxtını gələcək beş ildə nələr edəcəklərini düşünməklə keçirirlər. Bax, həmin vaxtı mən içərək keçirirəm.

Bir ara içkiyə çox aludə olmuşdum. İçki ilə hər şey daha yaxşı görünür axı. Guya bir qədəh şərabla televizora baxırsan, bir qədəh şampanla nahar edirsən.

Ancaq öz başıma gələn şeyləri yazmışam. O şeyləri ki, mən asanlıqla keçmişdə basdıra bilmirəm. Şükür ki özünüməhvə meylliyəm, ona görə mahnılarım üçün həmişə mövzu tapılır.

Dindar deyiləm. Halbuki, bilirəm, inam insanlara güc verir. Ancaq taleyə inanıram, heç nəyin səbəbsiz baş vermədiyinə əminəm.

Mahnı yazmaq – təmtəraqlı qonaqlığa getmək kimidir. Gərək yavaş-yavaş hərəkət edəsən, yeməklərin üstünə birdən cummaq olmaz.

Bircə onunla razılaşıram ki, istedadlıyam. Amma oxumaq üçün doğulduğuma inanmıram. Mən ana və həyat yoldaşı olmaq, ailəmə baxmaq üçün doğulmuşdum.

Təsadüfi seksi mühakimə etmirəm. Xəyanətin yaxşı tərəfi yoxdur. Bu, marixuana çəkməyə oxşayır.

Həqiqətdən başqa deyilənlər mənasızdır.

Seks – sadəcə seksdir. Amma heç kimi çox yaxına buraxmaq olmaz.

İlk dəfə 11, ya da 12 yaşımda öpüşmüşəm. Kris adlı yunan əsilli oğlan idi. İndi geydir.

Məni çox bəzəsələr, axırda kiminsə xalasına oxşayacağam. Mənsə özüm olmaq istəyirəm.

Döyüşkən deyiləm. Amma çox divara dirəsələr, istənilən adamın başını yararam.
Həqiqətdən başqa deyilənlər mənasızdır.
Ətrafda çoxlu zalım insan var. Hamısı ona görədir ki, onların dostu yoxdur. Ananla, nənənlə, sevimli itinlə belə ünsiyyətdə olmaq həyatda başına gələn ən yaxşı şeydir.

Ətrafda çoxlu qəddar insan var, çünki onların dostu yoxdur. Ayaqqabı və çantaları çıxmaq şərti ilə.

Əgər yadplanetlilərin az da olsa, yumor hissləri varsa, ən çox bizim sekslə məşğul olmağımıza gülərlər.

Qadınlar qadınlarla kişilərin bir-biri ilə danışdığı kimi danışır. Fərq ondadır ki, qadınlar detallara çox varırlar.

Valideynlərin edə biləcəyi ən böyük səhv sekslə pis musiqi altında məşğul olmaqdır.

Bu qədər mükafat almağıma heç cür inana bilmirəm.

Dəliliyə nəzarət heç də çətin deyil.

Mənbə: “Esquire” jurnalı
Top