Deyəsən, əsl adım Osmonddur.
Qəribə uşaq idim. Əvvəlcə Brüs Li olmaq istəyirdim, sonra Daniel Bun (amerikanın ilk sakinlərindən biri – Esquire).
Gənc yaşlarımda satıcı işləmişdim, çox tez də qovulmuşdum. Yəqin “Bu kostyum sizə heç yaraşmır!” deməyi çox sevdiyimdən olmuşdu.
Tim Barton-gördüyüm ən qapalı insandır. “Çarli və şokolad fabriki” filmi çəkiləndə kimsə mənə yaxınlaşıb dedi ki, Helen sizi (Bonem Karter, Bartonun sevgilisi – Esquire) telefona çağırır. Soruşdum: “Yaxşısan? Billə bir şey olmayıb ki?”. Onların oğlu Bill hələ çox balaca idi onda. “Hə, hər şey yaxşıdı. Tim istəyir ki, sən Billin xaç atası olasan”, — dedi. “İki dəqiqə əvvəl Timlə birlikdəydim axı, heç nə demədi”,- dedim. Bu, əsl Tim idi. “İstəyirəm ki, oğlumun xaç atası olasan” deməkdən ağır iş yox idi onun üçün. Çəkiliş meydançasına qayıdıb Timə dedim ki, bu mənim üçün böyük şərəfdir. O isə: “Aha, əlbəttə, başlayaq işləməyə”.
Tim hansı rolu məndən istəsə, düşünmədən razılaşaram. Lap filmdə qarışqayeyənlə sekslə məşğul olmaq lazımdırsa, böyük məmnuniyyətlə edərəm.
Çalışıram daima çaşqınlıq vəziyyətində olum. Çaşqınlığın üzdəki ifadəsini xoşlayıram.
Məncə, hərə bir cür dəlidir.
Hər filmdə mütləq bir kadr olur, öz-özünə deyirsən, bax “o kadr” budur!
Pul xoşbəxtliyi almır, amma yaxt ala bilir. O yaxtı da götürüb gedirsən xoşbəxtliyi axtarmağa.
Təyyarədə hamı dindar olur.
Mənim azadlıq simvollarım – sadəlik və anonimlikdir. Nə vaxtsa mən onları yenidən özümə qaytaracam; ya qocalanda, ya da hamı məndən bezəndə.
Uşaq bir yaşında əsl sərxoşa oxşayır. Ayağa durur, yenə özünü saxlaya bilməyib aşır. Gah ağlayır, gah gülür, gah qusur.
Uşaqlar adama elə qəribə suallar verirlər ki. Bir dəfə qızım gəlib qarşımda oturdu və dedi: “Ata, sənə bir neçə sual verməliyəm”. Dörd yaşı vardı. “Üç dənə sualım var. Bir: Allah itdən qorxur?” – soruşdu, cavab verdim ki, qorxmur. O isə: “Yaxşı, bəs səncə o dinozavrları görüb?”, — soruşdu, yenə cavab verdim ki, yəqin görüb. Üçüncü sualı da bu oldu: “Onun qulluqçusu var?”. Bilmədim nə cavab verim.
Əgər nə vaxtsa “Mən ciddi aktyoram” dediyimi eşitsəz, gəlin, məni yaxşıca şillələyin.
Hazırladı: Günel Əsgərzadə
Mənbə: “Esquire” jurnalı