Şəri sevgi ilə dəf elə

Şəri sevgi ilə dəf elə

Bob MarleyƏsl adı Robert Nesta Marli olan Bob Marli 1945-ci ildə Yamaykada dünyaya gəlib. Dünya şöhrətli musiqiçi, bəstəkar, gitara ifaçısıdır.

Onun sayəsində Yamaykada yaranmış reqqi (Afrika ənənəvi musiqi ritmlərindən ibarət müasir musiqi janrı) bütün dünyaya yayılaraq məşhurlaşıb. Elvis Presli roknroll üçün nədirsə Bob Marli də reqqi üçün odur.

Məşhur olduqdan sonra dünyada Afrika xalqlarının azadlıqlarının carçısı kimi tanınan Bob Marli tezliklə Afrikanın simvoluna çevrilir. Onu hətta üzvü olduğu rastafari dininin (1930-cu ildə Yamaykada yaranmış, Qədim Misir, xristianlıq və yəhudiliyin qarışığından ibarət din ) peyğəmbəri də hesab edirlər.

Rastafari dinində bədənin hər hansı bir üzvünün kəsilməsi qadağandır. Buna görə də ayağında əmələ gəlmiş bəd xassəli şişin aradan qaldırılmasına icazə verməyib. Və 36 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Bob Marlidən hayat dərsləri
Mən qara adamın tərəfini tutmuram, mən ağ adamın tərəfini tutmuram. Mən Tanrının tərəfini tuturam.

Bizim hər birimizdə Tanrı var, ona görə də tənha deyilik.

Sizin həyatınız qızıldan da qiymətlidir.

Pulla həyatı almaq olmaz (ölümqabağı dediyi son söz).

Biz həqiqətən bir-birimizi sevməli, sülh şəraitində yaşamalıyıq. Bunun yerinə biz küsüşür və savaşırıq.

Düzünə qalanda istənilən adam sizə dərd verə bilər. Sadəcə elə adam tapmaq lazımdır ki, o sizin əzablarınıza dəysin.

Bu dünyanı bərbad etmək istəyən insanlar dincəlmirlər, mən niyə dincəlməliyəm?!

İnanıram ki, rasizmi, şəri və nifrəti müalicə etmək olar-musiqi ilə.

Özüm heç nəyəm. Varım-yoxum Tanrıdır.

Yaxşı şeylər bu gün – pis fikirlər sabah.

Musiqidə gözəl nəsə var-o sənin içinə düşəndə ağrını hiss etmirsən.

Qadın bədənindəki ən gözəl əyri onun gülüşüdür.

Həyat çoxlu nişanları olan böyük bir yoldur.

Əgər bütün dünyanı əldə edib əvəzində ruhunu itirəcəksənsə, buna dəyməz.

Əgər butun dunyanı əldə edib əvəzində ruhunu itirəcəksənsə, buna dəyməz.

Şəri sevgi ilə dəf elə.

Həyatın boyu əsir olmaqdansa, azad olmaq üçün ölmək yaxşıdır.

Hətta itlə pişik də yola gedirsə, bəs biz niyə bir-birimizi sevməyək?

Axmaq adam su bol olanda da susuzluq hiss edər.

Bəzən kimisə axmaq yerinə qoya bilərsən, amma bunu hamıya edə bilməzsən.

Həqiqət cinayətdi, amma günah deyil.

Bəzən musiqi vasitəsilə savaşmalı olursan.

Mən yaxşı üzə bilmirəm, ona görə dərin sulara girmirəm.

Top