İnsanlar axmaq yox, məlumatsız doğulur; sonradan tərbiyə edilərək axmaq olurlar. (Bertrand Rasell)
Bilməyən və bilmədiyini bilən – uşaqdır; ona öyrədin. Bilən və bildiyini bilməyən – yuxudadır; onu oyadın. Bilən və bildiyini bilən – liderdir; onun arxasınca gedin. Bilməyən və bilmədiyini bilməyən – axmaqdır; ondan uzaq durun. (Konfutsi)
Dünyada insandan çox axmaq var. (Henrix Heyne)
Axmaq adam pis iş görəndə bu işin onun vəzifəsi olduğunu iddia edir. (Corc Bernard Şou)
İki şey sonsuzdur; insanın axmaqlığı və təbiət. Halbuki, ikincisindən o qədər də əmin deyiləm. (Albert Enşteyn)
Bütün axmaqları öz tərəfinə çəksən, istənilən seçkidə qalib gələrsən. (Frenk Deyn)
Ağıllı cəhənnəm axmaq cənnətdən daha yaxşıdır. (Viktor Hüqo)
Böyük təhlükə — yarı axmaqlarla, yarı ağıllıların arasındadır. (Höte)
Özünü ağıllı hesab edənlərin hamısı axmaqdır. (Volter)
Həyatdan ləzzət almağa qorxana axmaq deyilir. (Albert Kamyu)
Ancaq axmaqlarla ölülər fikirlərini dəyişmirlər. (Ceyms Rasel Louel)
Axmaqlığın ilk əlamətləri bunlardır; səbəbsiz küsmək, lazımsız danışmaq, tanımamış inanmaq. (Madam Roland)
Hazırda dünyanın əsas problemi axmaqların özlərinə həddən çox əmin, ağıllıların isə daima şübhə içində olmalarıdır. (Bertrand Rasell)
Ağıllı olmaq elə sadədir ki. Sadəcə axmaq bir şey deməyi fikirləş, sonra da onu dilinə gətirmə. (Sem Levenson)
Ən böyük oğrular axmaqlardır, çünki vaxtımızı oğurlayırlar. (Höte)
Dünyada həqiqi cəhalət və axmaqlıqdan daha təhlükəli şey yoxdur. (Martin Lüter Kinq)
Axmaqlığın qarşısında tanrılar da acizdir. (Fridrix Şiller)
Özünü inkişaf etdirmək istəyirsənsə, axmaq və gülünc görünməyi vecinə alma. (Epiktet)
Bütün mühafizəkarlar axmaq deyil, heyif ki axmaqların çoxu mühafizəkardır. (Con Stüard Mill)
Eqoistlik, sağlamlıq və axmaqlıq – xoşbəxtlik üçün lazımlı üç şeydir, amma əgər axmaqlıq yoxdursa, digərləri kifayət etmir. (Qustav Flobert)