— Olimpiyadan qayıdan Diogen, orada adam çox idimi, sualına belə cavab verir: “Adam çox idi, amma insan elə də çox deyildi”.
— Diogen bir çirkli hamam haqqında soruşur: “Burada çimdikdən sonra harada yuyunurlar?”
— “Hansı yaşda evlənmək məsləhətdir” sualına Diogen belə cavab verib: “Gəncsənsə hələ tezdir, qocasansa artıq gecdir”.
— Diogen səhər yeməyini nə vaxt yemək lazım olduğunu soruşan adama belə deyib: “Əgər zənginsənsə, nə vaxt istəsən, yox əgər kasıbsansa nə vaxt bacarsan”.
— Xeyli yaxşılaşmış qoca qarını görən Diogen deyib: “Əgər bu dirilər üçündürsə, sən gecikmisən, yox əgər ölülər üçündürsə, onda tələs”.
— Qeybət edən qadınları görən Diogen deyib: “Bir gürzə digərinə borca zəhər verir”.
— Diogen təntənəli yürüşü seyr edən gözəl qızlardan gözünü çəkə bilməyərək arxaya boylanan cəng arabasındakı olimpiyaçı Dioksipə deyir: “Baxın görün gənc qız dəliqanlının boynunu necə burdu”.
— Makedoniyalı İsgəndər Kraniyada gündə qaralan Dionisin başının üstündə dayanaraq deyir: “Məndən ürəyindən keçəni istəyə bilərsən”. Diogen cavab verir: “Günəşin qarşısını kəsmə”.
— Diogen günün günorta çağı əlində lampa “Adam axtarıram” deyərək küçələri gəzirmiş.
— Diogen heykəldən sədəqə istəyir. Ondan niyə belə etdiyini soruşanda isə cavab verir: “Özümü imtinaya öyrəşdirmək istəyirəm”.
— Haralı olması sualına Diogen belə cavab verib: “Mən dünya vətəndaşıyam!”.
— Seneka Diogen haqqında deyib: “Bu elə bir insan idi ki, böyük İsgəndər ona nə bir şey verə, nə də ala bilərdi”.