Elvis Preslinin həyatdan öyrəndikləri

Elvis Preslinin həyatdan öyrəndikləri

Qızlar hobbi deyil, əyləncədir.Şohrət ona gorə xoşuma gəlir ki, o sənə çoxlu dost qazandırır.

Heç vaxt spirtli içki içməmişəm.

Adi günlərdə adi paltarlar geyinirəm. Amma səhnə başqadır, orda hər şey par-par parıldamalıdır.

İndi mənim anam şəhərə gəlib istədiyi şeyi ala bilər. Bu, məni çox xoşbəxt edir.

Həqiqət günəş kimidir, o heç vaxt sönməyəcək.

Biz pis yaşamamışıq. Düzdür, pulumuz çox olmayıb, amma ac da qalmamışıq. Məncə, ən azı buna görə taleyə minnətdar olmalıyıq.

Səhnədə elədiklərimdən başqa heç bir fiziki hərəkət etmirəm. Səhnə olmasaydı, yəqin ki mən çoxdan “yaxşı” qarın “çıxartmışdım”.

Şöhrət ona görə xoşuma gəlir ki, o sənə çoxlu dost qazandırır.

Balaca olanda özümü filmlərin və komikslərin qəhrəmanı kimi görürdüm. Bu yuxuya inana-inana böyümüşəm.

Ordu oğlanlara kişi kimi düşünməyi öyrədir.

Ordu oglanlara kişi kimi duşunməyi oyrədir.Səhnədə kimi ayağını yerə vurur, kimi barmaqlarını şaqqıldadır, kimi də özünü ora-bura atır. Mən bunların hamısını birdən eləməyi seçmişəm.

Pərəstişkarlarıma baxıram və hiss edirəm ki, biz birlikdə nəsə pis bir şeyi atırıq. Heç birimiz o pis şeyin nə olduğunu bilmir. Əsas odur ki, biz heç kimə ziyan vurmadan həmin pisliklərdən azad oluruq.

Aldığım ilk maşın həyatımın ən gözəl maşını idi. “İkinci əl” olmasına baxmayaraq onu aldığım gün gözümə yuxu getmədi. Bütün gecəni yatmayıb ona baxdım.

Əgər tamaşaçı toplamaq istəyirsinizsə, onlar üçün tamaşa hazırlayın. Səhnədə barmağını tərpətməyən, dümdüz dayanan adama heç kim qulaq asmaz, gedib kasetini alıb evində dinləyər uzağı. Ona görə tamaşa çox vacibdir.

Məndən imza istəyirlərsə, mütləq verirəm.

Qolf və tennis oynayanlarla mübahisəyə girmirəm.

Ağır idman növlərini sevirəm – boks, futbol, karate və s. Futbol oynamaq ən böyük arzumdur.

Hamının oxuduğu kitabları oxumuram. Tez-tez şeir və fəlsəfi əsərlər oxuyuram. Mənə onlar maraqlıdır.

Çalışmaq lazımdır ki, ətrafına səni xoşbəxt edən insanları toplayasan.

Top