Mən ulduz yox, əfsanə olacağam.
Pul xoşbəxtliyi ala bilməz, amma onu verə bilər.
Nəhəng insan olacağımı düşünürdüm. Və oldum.
Daha böyük, daha yaxşı — hər şeydə.
Planlaşdırılıbsa, darıxdırıcıdır.
Özümü heç vaxt lider kimi görməmişəm, mühüm insan kimi görmüşəm.
İnsanların “Queen”in konsertindən əylənərək getməyinə çox sevinirəm. Məncə, “Queen”in mahnıları yaxşı bir filmə baxmağa oxşayır.
Banan ağacı olduğumu düşünürəm.
Əsl kral kimi üstümdə pul gəzdirmirəm. Əgər mağazada nədənsə xoşuma gəlsə, dostlarımdan xahiş edirəm, alırlar.
“Gitara qəhrəmanı” olmağa cəhd etməmişəm, çünki o zəhrimar gitaranı çala bilmirəm.
Bəlkə kimlərsə məni qınayacaq, amma çox kitab oxumuram.
Çox həssas insanam, bu da çox vaxt məni və ətrafımdakıları məhv edir.
Əsas olan bu gün deyil, sabahdır.
Dünyanı dəyişdirməyə çalışmıram. Mənim üçün xoşbəxtlik ən vacib şeydir və xoşbəxtəmsə, bu işimdə də özünü göstərir.
Dürüstlüyü xoşlayıram və illərə bacardığım qədər şən və yaxşı anları sığışdırmağa çalışıram.
Bu qədər uğurlu olmağımızın səbəbkarı təbii ki mənəm.
Bir neçə dostum, böyük evim var, üstəlik istədiyim yerə istədiyim vaxt gedə bilirəm...Pulum çoxaldıqca, daha qəmgin oluram.
Başa düşmürlərsə, vecinə alma.
Modern mahnılar yazmaqdan xoşum gəlir. Qoy insanlar qulaq asandan sonra işlənmiş dəsmal kimi atıb, başqasını dinləsinlər.