On məsləhət I Deyl Karnegi

On məsləhət I Deyl Karnegi

Deyl Karnegi1. Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək.

2. General Eyzenhaur kimi hərəkət edin: xoşunuz gəlməyən insanlar haqqında heç bircə dəqiqə belə düşünməyin.

3. Əgər siz xoşbəxtlik tapmaq istəyirsinizsə,­ onda minnətdarlıq və ya nankorluq haqqında düşünməyin, özünüzü fədakarlıqdan irəli gələn daxili sevinc hissinə həsr edin.

4. Tənqid, şikayət və heç kəsi mühakimə etməyin.

5. Yadda saxlayın ki, sizin həmsöhbətiniz tamamı ilə haqsız ola bilər. Amma o, belə fikirləşmir. Ona görə də onu mühakimə etməyin.

6. Əgər insan öz məqsədləri naminə səndən istifadə etməyə çalışırsa, onu öz tanışların siyahısından çıxar.

7. Əgər tale qarşına limon çıxarıbsa, ondan limonad hazırla.

8. Özünüzü digər insanın yerinə qoyub, sizə yox, məhz ona nə lazım olduğunu dərk etməyə çalışın. Əgər bunu edə bilsəniz, bütün dünya sizin tərəfinizdə olacaq.

9. Daima özünüzü məşğul edin, bu yer üzündəki ən ucuz və ən effektiv dərmanlardan biridir.

10. Özünü sanki artıq xoşbəxtsənmiş kimi apar və doğrudan da xoşbəxt olacaqsan. Heç kəsi təqlid etmə, heç kəsə bənzəməyə çalışma. Özünü tap və özün olaraq qal.
Top