Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz.
Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.
Olmadığın insan olaraq sevilməkdənsə olduğun insan olaraq nifrət edilmək daha yaxşıdır.
Yoldaş, insanların sənə təqdim etdikləri kimi mənimsəmə həyatı. Həyatın daha gözəl ola biləcəyinə inandır özünü.
Ümidsizlik səbəbiylə qorxub qaçma. Ümid ümidsizliyin kənarındadır. Aş, get, keç onu. Qaranlıq keçidin kənarında, işıq tapacaqsan.
İnsan tək tək bir istəməli və dayanmadan həmişə onu istəməli, o zaman onu əldə edəcəyimizdən əmin ola bilərik.
Ruhumuz bir dəyər qazandısa, başqa ruhlara görə daha candan alovlandığı üçün qazandı.
Gözəl gələcəyi gözləyərək görkəmli gəncliklərimizi köhnəldirdik, bax burada səhv edirdik.
Kitabım özündən çox, öz özünlə maraqlanmağı öyrətsin sənə. Sonra öz özündən çox, öz xaricində qalanlarla maraqlanmağı...
Ağrılar, peşmanlıqlar, arxadan baxanda keçmişin sevincləridir. Geriyə baxmağı sevmirəm və keçmişimi uzaqlarda buraxaram, eynilə bir quşun uçmaq üçün kölgəsini tərk etməsi kimi.
Nə qədər xəstəliklər vardır, əldə olmayanı istəməkdən gəlir.
Qaranlığa söyməkdənsə, bir kiçik işıq yandırın, daha yaxşı edərsiniz.
Çox edilən tənqid və çıxışlar şiddətini itirər. Eynilə bir dənəsi insanın ayağını ağrıdan daşının, bir çoxunun üzərində gedildiyində təsirini itirməsi kimi.
Axmaq görünməyə çalışmaq ən böyük ağıllıqlıqdır.
Hər cür pisliyi etməyə müqtədir ikən, pis bir şey etməmək:Bax, budur yaxşılıq
Müdrik adam, hər şeydə çaşan adamdır.
Şübhələr, xoşbəxtliyi bəzə haram etməyə yetər.
Açılmamış qanadların böyüklüyü naməlumdur
Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır.
Yaxşı bir başlanğıc, yarı yarıya müvəffəqiyyət deməkdir.
Ən gözəl çiçək, ən tez solandır.
Başqa birinin sizin qədər yaxşı edə biləcəyi bir şeyi buraxın o etsin, siz etməyin.
Gerçəyi axtaranlara inanın. Tapdıqlarını iddia edənlərdən çəkinin.
Həyat yaşla deyil, yaşamaqla aydın olar.
Öz özün xoşbəxtliyinə mane olmaq yolunda insan çox bacarıqlıdır.
Öhdəçiliyik nə qədər ağır və zəhmətli olsa, ruhumuzu o nisbətdə öyrədər və ucaldar.
Hər İsveçrəli öz buzlağını içində daşıyar.
Arzular! Heçmi yorulmayacaqsınız? |