Dünyanın ən gözəl ritmi, onun səninçün döyünən qəlbidir.
Bəzi insanlar səni yaxşı anlayır, həm də çox yaxşı.Amma həmişə uzaqdadırlar.Xoşbəxt olmaq istəyirsən? Onda heç kimdən heç nə gözləmə.
Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə düyil, qəlbə toxunmalısan.
Hərdən deyirlər ki, «Fikir eləmə, sonuna qədər yanındayam.» Bax, onların səni aldatdıqlarını arxadan vurduqlarında anlayırsan.
Fikir verməyin insanların:«Məni çox sevəcək birini axtarıram.»- deməsinə. Böyük bir sevgiyə məruz qaldıqda gizlənməyə yer axtarır hamısı.
Əgər bu həyatda mütləq birini dəyərləndirmək lazımdısa, sadəcə özünün dəyərini bil.
İnsanlar səni səhv başa düşdükdə bunu dərd etmə. Eşitdikləri sənin səsindi, amma ağlından keçirdikləri öz düşüncələridir.
Öz-özümlə danışdığım qədər kimsəylə danışmıram. Səbəbi dəlilik deyil, yalnız bilirəm ki, insanı ən yaxşı özü dinləyir.
Sən kimsən ki mənim yaşadığım həyatı mühakimə edirsən! Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm. Barmağın ilə məni işarə etmədən əvvəl, əllərinin təmiz olduğundan əmin ol!
İlk baxışda aşiq oldun oldun, yoxsa ikinci baxışda kimin nə mal olduğunu anlarsan.
Hər şey yolunda getmir bəzən. Nə edirsən et, düzəlmir yenə də. Ən çətini də bütün bunlara rəğmən gülümsəmək məcburiyyətində qalmaqdır.
Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır.
Həyatımda heç kim yoxdur. Amma problem deyil. Çünki sən sevgini bəsitləşdirənlərdən, mənsə yalnızlığın haqqını verənlərdənəm.
Həyatın dadını çıxara bilmirsənsə, dadını qaçıranları həyatından çıxar.
Yaşadığın həyatı SEV, sevdiyin həyatı YAŞA.
Tərcümə etdi: Axundova Təhminə