Sevgi haqqında

Sevgi haqqında

Sevmək inanmaqdır.
Sevmək yaşamaqdır.
Sevdiyini özü kimi, özündən də çox hiss etməkdir
Sevmək sevdiyi olmaqdır.
Sevməkdə iki olub sonradan bir olmaqdır.İki bədən, iki ürək, iki qəlb yoxdur sevgidə. Tək bir ürək, tək bir qəlb vardır sevgidə.
Sevmək paylaşmaqdır . Sevdiyiylə sevdiyini paylaşmaqdır. Sevdiyi ilə ürəyini bölüşməkdir sevmək.
Sevgidə son yoxdur. Sevgilər heç bir zaman bitmez. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır.  Yaddan cıxartmaqda də yoxdur sevgidə. Yaşandıqca yaşadılar sevilən. Bəzən sevigili üçün nə vaxtsa sevginin bir gərəyi olaraq saxlanar bu eşqlər. Yaddan cıxartmaq yoxdur, imtina etmiş kimi görünmək vardır.
 Sevməkdə istəmək yoxdur. Sevgilinin olduğu yerdə sona çatar istəklər. Bir şey varsa istədiyin bu sənin üçün deyil, sevgilin üçün istədiyindir. Ondan O"nun adına istəyərsən. O"nu daha sonsuz sevə bilmək üçün istəyərsən.
Sevmək azadlığını istəyərsən, qəbul edilməsini istəyərsən. İstəyərsən amma bir gün gəlir bu istəklər də sona çatar. Özündən artıq istəyərsən.Sevgilini özündən daha çox sevmək istəyərsən.Sonsuz etmək istəyərsən. Bu yolda sevgili olarmı?olmazmı?bunu sevgilinin istəyi təyin edər.
Sevmək sevgilini sevgili olmadan sevməkdir.
Sevmək; sevmək istəməkdir.
Sevmək, gözləməməkdir. Gözləmələrin sona çatdığı bir dayanacaqdır o. Belə ki bütün gerçəklər, bütün dünya silinər gedər. Nə ondan başa düşməyi gözləyərsən, nə onu başa düşməyi. Nə onun gəlməsini gözləyərsən, nə onun Leyla, Məcnun olmasını. Gözlədiyin bir şey yoxdur,sevməyi bacarmaqdan başqa.
Sevmək, inciməməkdir. Sevmək sevgililərin heç bir sözünə kədərlənməməyi öyrənmək deməkdir.Sevmək sevgilinin ölüm xəncərinə belə yox deməməkdir.Sevgilidən gələn öl əmrinə belə ölərəm deyə bilməkdir. Öz əlləriylə ürəyini bir bıçaq ucuna qoymaqdır sevmək.
Sevmək ölməkdir. Sevmək, ölməsini bilməkdir. Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, ürəyi olmaqdır. Amma artıq onun bir şeyi olunmadığı bir zaman ölməsini bilməkdir! Sevmək, verməkdir. Sevmək sevdiyi üçün götürməsini bilməkdir. Götürməməyə and içərək verməkdir. Amma götürmələrdə qurtaracaqsa sevgilini al/götürməsini bilməkdir sevmək! Sevmək, tükənməkdir. Sevməkdən ölərkən təkrar var olmaqdır o sevgidən.
Sevmək sevgilinin gəl deyişinə yox deməkdir. Sevgilinin eşqiylə boğuşarkən, üzərkən o eşq dənizində sevgilinin uzanan əlinə yox deməkdir.
Sevgilinin baxan gözünə baxmamaqdır sevmək. Ağlayan gözlərə şəfqət və təbəssümlə cavab verə bilməkdir.
Sevmək, sevgili olmaqdır. Sevgilinin üzündəki gülücük olmaqdır. Onu həyata qaytaracaq bir damla su olmaqdır. Sevmək sevgilinin limanı olmaqdır. Sevmək sevdiyinin canı olmaqdır. Onun ölümü istəyə biləcəyi canı olmaqdır. Sevmək yanğın olmaqdır. Yanmaqdır, köz olmaqdır. Dağ olmaqdır, kainat olmaqdır. Hər şey olmaqdır, heç olmaqdır. Alov olub ürəklərə girməkdir.  Sevmək gəzməkir ürəklərdə. Sevmək güvənməkdir.
Sevmək təsdiqlənməkdir.
Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək çox kənarlarda olsa belə yaşamaq və yaxın olmaqdır sevgiliyə. Yaxınlılıqdır, təbiilikdir, özdənlikdir sevmək. Yalansızlıq, içdənlilik, ölümsüzlülükdür sevmək. İlk insanın, Həvvanın Adəmin saflığını və təmizliyini, uşaq günahsızlığını daşımaqdır sevmək.
Gözyaşı olmaqdır, yağan yağış olmaqdır. Bir payız mövsümünün sarı yarpağı kimi tək olmaqdır sevmək. Sevgilisizkən sevgilini sevməkdir. Sevmək üşüməkdir.
Sevgilinin yoxluğuna üşüməkdir. Sevgiliylə hər şeyi gözə almaqdır sevmək. Ki sevgilinin olduğu cəhənnəmə getməkdir.Sevgilinin olmadığı Cənnətə də getməməkdir sevmək. Sevmək, sevgilini cənnət etməkdir.Sevmək bir olmaqdır. Sevmək bir başqasının həyatını yaşamaqdır. Sevmək sevməsini layiq olmaqdır.
Sevmək sevgilinin baxdığı yerdə, susduğu yerdə olmaqdır. Sevmək sevgilisiz keçən gecələrin səhərinə çatmaqdır. Sevmək sevməsini bilməkdir. Sevmək ölməsini bilməkdir.
Sevmək SEVMƏK olmaqdır. Sevgi olmaqdır. Sevgi bir dəfə sevməkdir. Sevmək sevginini özü olmaqdır. Ölümçün Darıxmayan SEVGİni Anlaya bilməz.
Top