Ən yaxşı otbiçən

Ən yaxşı otbiçən

Bir oğlan mağazaya daxil oldu, bir karton götürdü və onu telefonun üzərinə qoydu. Sonra o, telefonda nömrə yığmağa başladı. Mağazanın sahibi ona baxır və söhbətə qulaq asırdı.

Oğlan: «Xanım, mənə sizin çəmənliyinizi biçmək işi verərsiz?»
Qadın: (telefon xəttinin digər tərəfində ) «Mən artıq çəmənliyimi biçmək üçün bir adam tapmışam».
Oğlan: «Xanim,mən sizin çəmənliyinizi o adamın istədiyi qiymətdən yarı qiymətə biçərəm ».
Qadın: «Yox, mən indi mənim çəmənliyimi biçən adamdan xeyli razıyam».
Oğlan: (daha da mətanətlə) «Xanım, mən hətta sizin səkinizi və yolunuzu da süpürəcəm, beləliklə də bazar günündə Florida, Palm çimərliyində ən gözəl çəmənlik sizdə olacaq».
Qadın: «Yox, sağ ol».

Üzündə bir təbəssümlə, oğlan telefonun dəstəyini yerinə qoydu. Bütün bu söhbətlərə qulaq asan mağaza sahibi oğlana yaxın gəldi və dedi.
«Oğlum, mən sənin bu hərəkətini bəyəndim. Mən belə pozitiv ruhlu insanları xoşlayıram və sənə bir iş təklif edirəm ».
Oğlan: «Yox, sağ olun ».
Mağaza sahibi: «Ancaq bayaq birinə iş üçün yalvarırdın».
Oğlan: «Yox,elə deyil, mən sadəcə artıq işlədiyim işdə öz işimi necə etməyimi yoxlayırdım və bir az əvvəl də telefonda danışdığım xanım üçün işləyirəm».
Top