Çarlz Bukovskidən hikmətli sözlər

Çarlz Bukovskidən hikmətli sözlər

Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı.

Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən.

Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol.

Dünyadakı ən saf insan olduğunu iddaa edənlər, əslində şeytana məsləhətçilik edə biləcək ağıldadırlar. Unutmayın.

Əgər iki nəfər arasında qalırsınızsa; İkincini seçin. Çünki birincini həqiqətən sevsəydiniz, ikincisi olmazdı.

Getdiyində ağlarsan, mahnılarda, filmlərdə, ona-buna, hər şeyə ağlarsan. Ağılın başına gəlincə də boşa xərclədiyin zamana ağlarsan.

Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər.

Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa."

İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm.

İntellektual - sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan.

İnsanların, sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən məsələn.

Mənim də ürəyim boşdu artıq, Eynilə sizin beyniniz kimi.

Saçımı daradım kaş ki, üzümü də daraya bilsəydim.

Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər.

Təbii ki bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa.

Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər.
Top