Paxıllıq haqqında aforizmlər

Paxıllıq haqqında aforizmlər

Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir.   ( Onore de Balzak )
Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər.   ( Klod Adrian Helvetsi: Fransız filosofu )
Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir.   (İohann Höte: Alman şairi )
Comərdliyə güvənsən də, sadiq sanma sirdaşları,
Paxıllıqdan gör nə etdi, gör Yusifin qardaşları.      ( Məhəmməd Füzuli )
Paxıl insan üçün ən kədərli şey heç kəsin ona paxıllıq etməməsidir.   ( Frensis Bret Hart: Amerika yazıçısı )
Danışan və bağıran paxıllıq, adətən, ziyansız olur; qınına çəkilmiş dilsiz paxıllıqdan qorxmaq lazımdır.   ( Antuan Rivarol: Fransız yazıçısı )
Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər.   ( Danimarka atalar sözü )
Paxıllıq yana bilksəydi, dünyada başqa yanacağa ehtiyac qalmazdı.   ( Atalar sözü )
Top