Yaşamaq haqqında aforizmlər

Yaşamaq haqqında aforizmlər

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz bundan ibarətdir.   ( Cəlil Məmmədquluzadə )
Yaxşı insan olmaq üçün həm yaxşı yaşamaq, həm də yaxşı yaşatmaq lazımdır.   ( Oliver Kromvel: İngilis burjua inqilabı liderlərindən biri )
Əslində, bu günlə yaşayan azdır, insanların çoxu gələcəkdə yaşamağa hazırlaşır.   ( Conatan Svift: İngilis yazıçısı )
Dəbdəbəli, parıltılı dünyada yaşamaqdansa, isti, kiçik və doğma bir aləmdə ömür sürməyi üstün tuturam.   ( Artur Şopenhauer: Alman filosofu )
Yaşadığımız hər günün dəqiqəsini özümüzə sərf etsək, gələcəyimiz üçün arxayın ola bilərik   ( Mari Fransua Arue Volter: Fransız filosofu və yazıçısı )
Hər ümidin puça çıxandan sonra yeni bir ümidə sarılmaqdır yaşamaq.   ( Naməlum )
Uzun yaşamaq üçün deyil, düzgün yaşamaq üçün çalışmalıyıq.   ( Litsi Anney Seneka: Qədim Roma filosofu )
Hamımız yenidən doğulmalıyıq. Sonra bir daha da...bir daha da doğulmalıyıq.   ( Bernard Şou )
Nə qədər yaşayırsınızsa-yaşayın, ilk iyirmi il ömrünüzün ən uzun yarısıdır.   ( Robert Sauti: İngilis yazıçısı )
Biz elə yaşayırıq ki, sanki hər birimiz padşahıq. Bunun ucbatından dilənçiyə çevrilirik.   ( Frans Kafra: Avstriya yazıçısı )
Sən çörəyi yeyəndə, mən isə çörəyi verəndə yaşayıram.   ( Naməlum )
Arxada qoyduqlarımızın qəlblərində yaşamaq ölməməkdir.   ( Donald Tomas Kampbel: Amerika sosioloqu )
Top