Hər kəs ( Rəbbinin hüzuruna ) yaxşı əməllə gəlsə, ona bundan ( əməlindən ) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, ( bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! ( Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz. ( Qurani Kərim )
Pisliyin nə olduğunu bilməyən onun girdabına düşər. (Hz. İsa əleyhissalam )
Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin xasiyyətin onun xasiyyətindən pis şeylər oğurlayar. ( Platon: Qədim Yunan filosofu)
Pisliyi öyrənməyin yaş həddi yoxdur. ( Karl Lessinq: Alman boyakarı )
Pisliyin içinə çox asanlıqla girmək olur, lakin çıxmaq çox çətin olur. ( Naməlum )
Pisliyin sizə hakim kəsilməsinə imkan verməyin, əksinə siz özünüz pisliyi məhv etməyə çalışın. ( Napoleon Bonapart )
Etdiyin yaxşılığı üzə vurmaq pislik etmək deməkdir. ( Jan Batist Kolbert: Fransa dövlət xadimi )
Qorxu içində yaşamaq istəmirsənsə, pislik etmə. ( Alfred Kapus: Fransız yazıçısı )
Yaxşı o kəs deyil ki, yalnız pislik etməsin, o gərək heç pislik barədə düşünməsin də. ( Demokrit: Qədim Yunan filosofu )
Pisliyin azı-çoxu olmur - pislik elə pislikdir. ( Ezor: Qədim Yunan təmsilçisi )
Alovu alovla söndürmək mümkün olmadığı kimi, pisliyin də qarşısı pisliklə alına bilməz. ( Şarl Bolder: Fransız şairi )
Pislik tez-tez təntənə keçirir. Lakin heç vaxt qələbə çala bilmir. ( Jozef Ru: Fransız şairi )
Pislik qapısını aralamağa dəyməz; taybatay açılar. ( Cənab Şəhabəddin: Türk şairi )
Pis adam kömür kimidir - yandıtmasa da, qara yaxar. ( Anaxarsis: Qədim Yunan filosofu )
Ən xırda pislik pisliklərin ən pisidir. ( Mustafa Kamal Atatürk )
Pis hökm verməyə adət edən insanlar itirənə qədər ovuclarının içindəki yaxşının fərqində ola bilməzlər. ( Sofokl: Qədim Yunan dramaturqu )