Yalan haqqında aforizmlər

Yalan haqqında aforizmlər

"Üç yalanın günahı adəm oğlunun adına yazılmaz: savaş vaxtı deyilən yalan, çünki savaş məharəti hiylədən ibarətdir: zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan: bir də iki küsülünün  arasını düzəltmək üçün deyilən yalan."    ( Həzrəti Muhəmməd s.ə.v. )

Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özüylə daha yüz problem gətirər.    ( Uilyam Porter: Amerika yazıçısı )

Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir: möhkəmliyi artsa da, qiymətdən düşür.    ( Frensis Bekon: İngilis alimi )

Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır.   ( Frensis Bekon )

Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kəsə inanmamasıdır.   ( Bernard Şou )

Hər kəsi bir dəfə, bəzilərini isə hər zaman aldada bilərsiniz. Lakin hər kəsi hər zaman aldada bilməzsiniz.  ( Avraam Linkoln )

Yalanın qüdrəti onun sürətlə yayılmasındadır.   ( Nazim Hikmət: Türk şairi )

Ən qorxulu yalanlar gecələr uydurulur.   ( Robert Stivenson: İngilis yazıçısı )

Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı.   ( Nikola Sebastyan Şamfor: Fransız yazıçısı )

Yalanın ən böyük düşməni həqiqətdir.   ( İmmanuel Kant: Alman filosofu )

İnsan yanılanda bunu hamı görür, yalan danışanda isə bunu çox az adam görə bilir.   ( İohann Volfanq Höte: Alman mütəfəkkiri )

Var doğru yazmağa madam ki, imkan,
Neçin gəlsin gərək ortaya yalan?!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar.       ( Nizami Gəncəvi )
Top