Qorxaqlıq haqqında aforizmlər

Qorxaqlıq haqqında aforizmlər

İnsanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur,

Düşünməkdən qorxur - məsuliyyət hiss etdiyi üçün,

Danışmaqdan qorxur - tənqid edilməkdən qorxduğu üçün,

Qocalmaqdan qorxur - gəncliyinin qiymətini bilmədiyi üçün,

Unudulmaqdan qorxur - dünyaya bir şey vermədiyi üçün,

Ölməkdən qorxur - yaşamağı bacarmadığı üçün.   ( Uilyam Şekspir )

Bizim qorxularımız düşmənlər üçün cəsarət mənbəyidir.   ( Tomas Mann: Alman yazıçısı )

Hörmət olan yerdə qorxu da olar, amma qorxu olan yerdə hörmət olmaz.   (Platon: Yunan filosofu )

Təhlükə qüdrəti imtahan edir.   ( Muhəmməd İqbal: Hindistan mütəfəkkiri )

Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür.   (Bernard Şou)

Təhlükə qorxusu təhlükənin özündən min dəfə qorxuludur.   (Daniel Defo: İngilis yazıçısı)
Top