Qalibiyyət haqqında aforizmlər

Qalibiyyət haqqında aforizmlər

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? ( Qurani Kərim )

Başqalarına qalib gələn qüvvətlidir, özünə qalib gələn isə əzəmətlidir.  ( Lao Tszi: Çin mütəfəkkiri )

Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq isə ölümə aparır.  ( Yavuz Sultan Səlim: Osmanlı hökmdarı )

Ya qələbə çalmağı, ya da qaliblərlə dostluq etməyi bacarın.  ( Fokion: Qədim Yunan sərkərdəsi )

Hər qələbəni qələbə, hər məğlubiyyəti də məğlubiyyət saymaq olmaz.  (Napoleon Bonapart)

Qaliblərin yaraları tez sağalır.  ( Benedikt Spinoza: Holland filosofu )

Zəfər zəfər deyildir, yenilən yenildiyini qəbul etməsə.  ( Mattias Kladudius: Alman şairi )

Ən qorxulu an zəfər anıdır.  ( Napoleon Bonapart )

Bəzi ideallar o qədər dəyərlidir ki, o yolda məğlub olmaq belə zəfər sayılır.  ( Naməlum )

Dəmir maqnitə aşiqdir-daim ona tərəf qaçar. Zəfər də səbrə aşiqdir və o da daim ona tərəf qaçar.  ( Şəhabəddin Sührəverdi: Azəbbaycan filosofu )

Ən böyük zəfər insanın özünə qalib gəlməsidir.  ( Platon: Qədim Yunan filosofu )

Həqiqi zəfər qan tökülmədən qazanılan zəfərdir.  ( Pittak: Qədim Yunan mütəfəkkiri )

Zəfərə əlavə ediləcək yeganə bəzək- təvazökarlıqdır.  ( Şarl Pino Düklo: Fransız tarixçisi )
Top