Tərif haqqında aforizmlər

Tərif haqqında aforizmlər

Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır.  ( Platon)
Pis əməl sahibi təriflənəndə ərş titrəyər, Allah qəzəblənər.  ( Hz.Əli ə.s. )

Qızıl və brilyantda olduğu kimi, tərifin dəyəri də az olmasındadır.  ( Samuel Conson: İngilis şairi )

Bizi nə qədər tərifləsələr də, özümüz haqqında bizə yeni bir şey öyrətmiş olmazlar.  ( Fransua de Laroşfuko: Fransız yazıçısı )

tərif və yaltaqlıq



Əgər insanların sənin haqqında yaxşı düşünməklərini istəyirsənsə, özün haqda çox danışma.  ( Blez Paskal )

Hamını tərifləyən insan, əslində, heç kəsi tərifləmir.  ( Naməlum )

İnsanlar sizdən onları tənqid etməyinizi istəsələr də, əslində, istədikləri onları tərifləməyinizdir.  ( Somerset Moqam: İngilis yazıçısı )

Qəhrəmanlıqlarından davamlı olaraq danışan qəhrəmanlar, nəhayət, qorxaqları belə bezdirir.  ( Ralf Valdo Emerson: Amerika filosofu )

Tərif - ondan zövq alanları korlamaqdan başqa bir işə yaramaz.  ( Jan Jak Russo: Fransız filosofu )

Tərifin ən yaxşısı yaxşı insanların söylədikləri tərifdir.  ( Beydəba: Qədim Hind filosofu )

Top