Səhv haqqında aforizmlər

Səhv haqqında aforizmlər

Bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir.  ( Bertold Brext: Alman yazıçısı )

Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız olmalıyıq.  ( Sabine Tastu: Fransız şairi )

Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər.  ( İohann Volfanq Höte: ( Alman şairi )

Əgər səhv etməsəydim, çox az iş görə bilərdim.  ( Qabriel Onore Marsel: Fransız filosofu )

Başqalarının etdiyi xətalara görə qəzəbləndikdə onları yox, özümüzü cəzalandırmış oluruq.  ( İmmanuel Kant: ( Alman filosofu )

Səhv etmək eyib deyil, eyib o səhvi təkrarlamaqdır.  ( naməlum )

Qəbul edilən bir xəta qazanılmış bir zəfərdir.  ( Naməlum )

Ən böyük xəta xətaların fərqinə varmamaqdır.  ( Tomas Karleyl: Şotland yazıçısı )

Xəta etmək bir şey deyil, onu unutmaq pisdir.  ( Konfutsi: Qədim Çin Mütəfəkkiri )

Səhvi düzəltməmək ən böyük səhvdir.  ( Konfutsi )

Əvvəlcə həqiqəti bilmək lazımdır, həqiqət bilinərsə, səhv də bilinər. Ancaq əvvəlcə səhv bilinərsə, həqiqətə çatmaq olmaz.  ( Əbu Nəsr Muhəmməd əl-Fərabi: Qazaxıstan filosofu )

Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir.  ( Tomas Karleyl )

Çalış bu dünyada səhv eyləmə sən,
Çox bizim kimilər yanmış səhvindən.  ( Nizami Gəncəvi )
Top