Həya haqqında aforizmlər

Həya haqqında aforizmlər

Həya və iman bir beşikdə iki körpə kimidir.  ( Hz.Muhəmməd (s.ə.v.)

Həya gözəldir, lakin qadınlarda olsa, daha gözəl olar.  ( Hz.Əli ə.s.)

İnsan özü-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.  ( Jan Labrüer: Fransız filosofu )

Həya-insani dəyərlərin tamamlayıcısıdır.  ( Sinoplu Diogen: Qədim Yunan filosofu )

İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar.  ( Bernard Şou: İngilis yazıçısı )

Həya bütün yaxşılıqların açarıdır.  ( Hz.Əli ə.s. )

Həya insan ruhunun əsasıdır. İnsanı insan olaraq mühafizə edən də budur.  ( Nasir Xosrov: İran şairi )

Günahlar artdıqca həya azalır. ( İohann Kristof Fridrix Şiller: Alman dramaturqu və şairi )

Həyanın zirvəsi insanın özü-özündən həya etməsidir.  ( Hz.Əli ə.s.)
Top