Təkəbbür haqqında aforizmlər

Təkəbbür haqqında aforizmlər

Yer üzündə təkəbbürlə gəzib dolanma.Çünki sən nə yeri yarada bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən.  ( Qurani Kərim )

Lovğalıq elə güclü zəhərdir ki, insanın qəlbindəki bütün yaxşılıqları yox edir.  ( Plutarx: Qədim Yunan filosofu )

Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur.  ( Aristotel )

Lovğalıq tərəqqinin düşmənidir.  ( Üzeyir Hacıbəyli: Azərbaycan bəstəkarı və dramaturqu )

Dünyada ən gülünc istək hamının xoşuna gəlməkdir.  ( İohann Volfanq Höte: Alman mütəfəkkiri )

İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır.  ( Arturo Qraf: İtalyan yazıçısı )

Uçmağı bacarmırsansa, uçurumun qırağında yuva qurma.  ( Fridrix Nitsşe: Alman filosofu )

Təkəbbür  axmaqlığın ən bariz nümunəsidir.  ( Samuel Şipman: Amerika yazıçısı )

Birinci addımda lovğalananlar
İkinci addımda yıxılacaqlar.   ( Səməd Vurğun )

Şam başından yanar, göz yaşı tökər,
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şama diqqət et,
Məhv olur başından ayağa qədər.   ( Məhsəti Gəncəvi: Azərbaycan şairəsi )
Top