Sevgi haqqında aforizmlər

Sevgi haqqında aforizmlər

Məhəbbət keçmişi və gələcəyi tanımayan bir ehtirasdır.  ( Onore de Balzak )

Sevmək başqalarının görə bilmədiyi möcüzəni görməkdir.  ( Jan Morias: Yunan şairi )

Məhəbbətə müqavimət göstərmək onu yeni silahla təchiz etmək deməkdir.  ( Jorj Sand: Fransız yazıçısı )

Sevgi elə bir eynək taxır ki, ondan baxanda kasıblıq zənginlik kimi, od zərrələri isə qızıl və mirvari kimi görünür.  ( Migel de Servantes:İspan yazıçısı )

Məhəbbət əbədi bir ehtiyacdır.  ( Səməd Vurğun: Azərbaycan şairi )

Sevmədən evlənmək- inanmadan ibadət etmək qədər günahdır.  ( Anton Pavloviç Çexov: Rus yazıçısı )

Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır.  (Uilyam Şekspir)

Qəlblər silahla deyil, sevgi ilə fəth edilir.  ( Benedikt Spinoza: Holland filosofu )

Sevgi nə qədər böyük olsa, kədəri də o qədər böyük olacaq.  ( Benediki Spinoza )

Sevdiyini əldə edə bilməsən də, əldə etdiyini sevməyə çalış.  ( Toma Kornell.  ( Fransız alimi )

Sevmək əzab çəkməkdir, sevməmək isə ölmək.  ( Aristotel )
Top