Makedoniyalı İsgəndər Hindistan yürüşü zamanı Hind racı Sabbanı ona qarşı qiyama təhrik edən 10 nəfər ən fəal himnosofisti əsir alır. Bu adamların öz qısa və dürüst cavabları ilə məşhur olduqlarını eşidib deyir: " Hərənizə bir sual verəcəyəm, kimin cavabı düz olmasa, hamınızı edam edəcəyəm." Sonra onlardan birini hakim seçərək suallara keçir:
1. Kimlər çoxdur-dirilər ya ölülər?
-Dirilər, çünki ölülər artıq yoxdur.
2. Ən iri heyvanlar torpaqdadır ya dənizdə?
-Dənizdədir, çünki torpaq dənizin bir hissəsidir.
3. Ən hiyləgər heyvan hansıdır?
-O heyvan ki, hələ indiyə qədər insan onu tanımır.
4. Nəyə görə Sabbanı xəyanətə təhrik erirdin?
-İstəyirdim ya gözəl yaşasın, ya da gözəl ölsün.
5. Gündüz əvvəl olub yoxsa gecə?
-Gündüz bir gün əvvəl olub. Sonra da əlavə edir: " Müəmmalı sualın müəmmalı da cavabı olur. "
6. İnsan özünü necə aparmalıdır ki, hamı onu sevsin?
-Ən böyük məhəbbətə o kəs layiqdir ki, hamıdan qüdrətli olsa da, heç kimə qorxulu deyil.
7. İnsan necə Allaha çevrilə bilər?
-İnsan o vaxt Allaha çevrilə bilər ki, insan üçün qeyri-mümkün olan bir şeyi etsin.
8. Nə güclüdür-həyat yoxsa ölüm?
-Həyat! Çünki o bu qədər məşəqqətlərə dözür.
9. İnsan nə vaxtadək yaşamalıdır?
-O vaxtacan ki, hələ ölməyin yaşamaqdan daha yaxşı olduğu qənaətinə gəlməyib.
Beləliklə, Makedoniyalı İsgəndər bütün cavabları dinləyib axırıncı müdrikə hökm çıxarmağı əmr edir. Müdrik deyir: "Biri o birindən pis cavab verirdi. " İsgəndər daha deməyə söz tapmayıb müdrikləri azad edib zəngin hədiyyələrlə yola salır.