Hisslər haqqında aforizmlər

Hisslər haqqında aforizmlər

1. Nifrəti gizlətmək asandır, sevgini gizlətmək çətin,
lakin laqeydliyi gizlətmək hamısından çətindir.
L.Berne
2. Biz özümüzlə müqayisədə digərlərinə qarşı daha səmimiyik.
F.Nitsşe
3. İnsanların səmimi hisslərini aşkar etməyə çalışanda mən öz gözlərimə
daha çox inanıram,nəinki eşitdiklərimə.
F. Çesterfild
4. Əgər insan hisslərə qapılmasaydı, o, həyata nifrət edərdi və tezliklə həyatın sona
çatmasını, yaxud da heç başlamamasını arzulayardı.
D.Svift
5. Əgər ağıl olmasaydı, hisslərimiz bizi məhv edərdi.
Məhz ağıl onu cilovlamaq üçün mövcuddur.
U.Şekspir
6. Görmək və hiss etmək – mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir.
7. İnsanlar öz hisslərinə oxşar hissləri anlaya bilirlər; digər hisslər hər nə qədər aydın ifadə
olunsa da insanlara təsir etmir: gözlər görür, ürək isə qəbul etmir, sonradan gözlər də görməz olur.
İ.Ten
8. Özünü danışmağa məcbur etmək çətindi. Özünü susmağa məcbur etmək daha
çətindi. Özünü fikirləşməyə məcbur etmək bundan da çətindi.
Lakin ən çətini özünü hiss etməyə məcbur etməkdir.
D.X.Cebran
9. Əbədi olaraq belə olmuşdur ki, eşqin dərinliyi ayrılıqdan sonra dərk edilir.
D.X.Cebran
10. İnsan özhisslərini cilovlamağa qadir deyilsə, o,
daima öz ifadələrinə (sözlərinə) fikir verməlidir.
Top