Nortenger abbatlığı | Ceyn Ostin

Nortenger abbatlığı | Ceyn Ostin

Sevgi hekayəsi özündə romantizmi və parlaq yumoru birləşdirə bilərmi? Sərgüzəştlər həm istila edib, həm də güldürə bilərmi? Söhbət Ceyn Ostinin «Nortenger abbatlığı» romanından gedirsə bu ola bilər. Dünya ədəbiyyatının qızıl fonduna daxil edilmiş bu kitab əvvəlki kimi milyonlarla oxucunu əsir edir. Əvvəlki kimi birnəfəsə mütaliə edilir və əvvəlki kimi gözəl üslubu, istehzası və dili ilə hamını sarsıdır.

Əsərdən seçilmiş hissələr

İnsan öz həyatında bəzən elə vəziyyətlərə düşür ki, bunların qarşısında sağlam düşüncə aciz qalır.

Öz həyatının ilk on beş ilini kifir hesab edilən qızın birdən-birə göyçək görünmə sevinci beşikdən gözəl olan qızın bütün sevinclərindən daha çox hiss edilir. Gənc xanımın qismətində əsərin qəhrəmanına çevrilmək imkanı varsa, qonşuluqda yaşayan qırx ailənin diqqətsizliyinə baxmayaraq, o qəhrəman olacaq.

— Mən sizi başa düşmürəm.
— Belə olduğu halda, biz sizinlə qeyri-bərabər vəziyyətdəyik. Çünki, mən sizi çox yaxşı başa düşürəm.
— Məni? Əlbəttə. Başqasının məni anlamaması üçün, fikirlərimi bu qədər incə ifadə etməyi bacarmıram.

Dostluq sevginin gətirdiyi peşmanlığı sağaldan şəfalı məlhəmdir.

— Üç kiçik çatışmamazlığı nəzərə almasaq, bir qayda olaraq, qadınlar məktubları nöqsansız yazırlar.
— Hansı çatımamazlıqlar?
— Məzmun kasadlığı, durğu işarələrinin ötürülməsi və tez-tez təkrarlanan qrammatik səhvlər.

Qadın yalnız öz zövqünü oxşamaq üçün geyinib-keçinir. Heç bir kişi bəzəndiyinə görə qadına məftun olduğundan artıq vurulmayacaq və heç bir qadın buna görə ona daha çox rəğbət bəsləməyəcək. Səliqə və incəlik birincini tam qane edir, əyninin bir qədər səliqəsiz və pinti olması isə sonuncunu xüsusilə sevindirir.

O, qadın cinsinin elə çoxsaylı nümayəndələrindən biri idi ki, onların əhatəsində olmaq, bu dünyada onlarla evlənmək üçün bu qədər aludə olmuş kişilərin tapılmasına təəccübdən başqa ətrafdakılarda heç bir hiss oyatmırdı.

Bir bəyin öz sevgisini etiraf edənədək gənc xanımın ona aşiq olması münasib olmadığı kimi, xanıma da bəyin onun haqda düşündüyü məlum olana qədər, onun bəy haqda düşünməsi münasib sayılmaz.

Əfsuslar olsun ki, gənclər sabah ağıllarına nə gələcəyini bu gün heç vaxt bilmirlər.

Qalan bütün ömrün boyu kitab oxumaq imkanı əldə etmək üçün bir-iki il əzab çəkmək heç də pis deyil.

Qadının sadəliyi onun cazibədarlığını artırır.

On beş və on altı yaşlarında o, qəhrəman olmağa hazırlaşırdı. O, lazımi sitat ehtiyatına malik olmaq üçün əsər qəhrəmanlarının oxumalı olduğu bütün kitabları oxumuşdu.

Öz dediyinin üstündə durmaq çox zaman inadkarlıq nümayiş etdirmək deməkdir. Şüurla edilmiş güzəştlər sağlam düşüncənin olmasını göstərir.

Hərdən tarixi kitabları oxumağa özümü məcbur edirəm, lakin onlar məni bir az da hirsləndirir və sayıqlığımı azaldır. Hər səhifədə kralların və papaların mübahisələri, müharibələr və xəstəliklər! Kişilər — miskin və bacarıqsız təsvir olunur, qadınlar haqqında demək olar ki, heç nə danışılmır...

— ...Sizin fikrinizcə, «Udolfo» dünyada ən qəşəng kitab deyil?
— Yəqin ki, "ən gözəl" demək istədiniz. Bu cildləmədən asılıdır.

Əgər bir romanın xanım qəhrəmanı digər romanın qəhrəmanının himayəsinə bel bağlaya bilmirsə, o, mərhəməti və köməyi kimdən gözləsin?

Mən sizi acıqlandırmaq imkanı qazandım. Yaxından tanış olmaq üçün bundan yaxşı şey yoxdur.

Heç kim qadınların əqli fəaliyyəti haqda mənim qədər yüksək fikirdə deyil. Mənə elə gəlir ki, təbiət onlara o qədər ağıl verib, amma onlar heç vaxt onun yarısını belə istifadə etməyi lazım bilmirlər.

Onların ürəkləri bir-birinə sizə açıq olmadığı qədər açıqdır.

Mədəni cəmiyyətin həyatı ilə heç olmasa, azca tanış olan hər bir kəs balaca oğlan və qızların tərbiyəsində onlara əziyyət verməyin gərəkli olduğunu danmayacaq.

Mən milli rəqsləri nigah rəmzi hesab edirəm. Sədaqət və iltifat hər ikisinin əsas vəzifəsidir. O kişilər ki, nə evlənmək, nə də rəqs etmək istəyirlər, gərək qonşularının yoldaşına və ya arvadına baxmasınlar.

Siz mənimlə razılaşarsınız ki, həm nigahda, həm də rəqsdə kişi seçim etmək üstünlüyünə malikdir, qadın isə yalnız imtina etmək gücündədir. Və etiraz etməzsiniz ki, hər ikisi, kişi və qadının razılığı əsasında yaranmış bir birlikdir ki, bu birliyin yaranmasından onun pozulmasına qədər, onlar müstəsna olaraq bir-birinə məxsus olurlar.

Otaqdakı əşyaları necə qorxaqcasına nəzərdən keçirəcəksiniz! Sizin diqqətinizi nə cəlb edəcək? Xeyr, nə masa, nə şkaf, nə geyim otağı, nə də siyirtmə, amma bəlkə bir tərəfdə duran keçmiş musiqi alətinin qalıqları, digər tərəfdə heç bir səylə açıla bilməyən ağır sandıq və ya buxarının yuxarısında asılmış portretdən sizə baxan yaraşıqlı cəngavər — onun cizgiləri sizi özünüz də dərk etmədən elə mat qoyacaq ki, gözünüzü ondan çəkə bilməyəcəksiniz...sonra onun azalan addımlarının əks-sədasını eşidəcəksiniz və ürəyiniz çəkilərək qapını kilidləmək istədikdə, böyük təlaşla anlayacaqsınız ki, qapının qıfılı yoxdur.



Mənbə: Kitabı karandaşla oxuyanların saytı, Ceyn Ostin “Nortenger Abbatlığı”

Top