Ey iman gətirənlər!Səbr və dua ilə (namazla Allahdan)kömək diləyin.Çünki Allah səbr edənlərlədir(onların dostudur). (Qurani Kərim)
Səbrli olmağı bacaran gec-tez öz istəyinə çatacaq. (Onore de Balzak)
Təkcə düşmənlərinə qalib gələn igid deyil,özünü ələ almağı bacaran da igiddir. (Demokrit:Qədim Yunan filosofu.)
Səbr ən zəiflərin və ən güclülərin silahıdır. (Leşek Kumor:Polyak aforizm ustadı)
İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər. (Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi.)
Çox səbr lazımdır ki,səbirli olmağı öyrənəsən. (Yarob Mixael Reynqold Lents:Alman şairi.)
Səbr insana əvvəlcə zəhər kimi görünür,lakin buna öyrəşəndən sonra bal olur.Səbri olmayanlar nə qədər də yoxsuldurlar. (Uilyam Şekspir:İngilis şairi və dramaturqu.)
Səbri ,hövsələni unudan insan,
Ağıldan,şüurdan açmasın dastan. (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri.)