Sərxoşluq haqqında

Sərxoşluq haqqında

Spirtli içki bəşər nəslinin gələcəyinin ən qəddar düşmənidir.   (Ogüst Forel:İsveçrə həkim-nevropotoloqu)
İçkinin başlanğıcı günah,ortası sərxoşluq,sonu isə fəlakətdir.   (Əfzələddin Xaqani:Azərbaycan şairi və mütəfəkkiri)
Spirtli içki elə bir bəladır ki,insanı mədəniyyətdən vəhşiliyə sürükləyir.   (Naməlum)
Adamlar vəbadan qorxurlar,lakin sərxoşluq ondan da qorxuludur.   (Onore de Balzak)
Spirtli içki qida deyil,insanın düşüncə və ruhunu dəyişdirən bir təsirdir.   (Mattias Klaudius:Alman şairi)
Sərxoşluq əxlaqi cəhətdən pozulmağın ən eybəcər əlamətidir.   (Mirzə Fətəli Axundzadə:Azərbaycan dramaturqu və maarifçisi)
Sərxoşluq nöqsanları yaratmır,sadəcə onları üzə çıxarır.   (Sokrat:Qədim Yunan filosofu)
Əyyaş artıq insan deyil,cünki o,insanı heyvandan fərqləndirən əsas bir şeyi-ağlını itirir.   (Uilyam Penn:İngiltərə ictimai-siyasi xadimi)
Əyyaşın son aqibəti xəstəlik,ya da dəlilikdir.   (Filipp Ponsar:Fransız maarifçisi)
Bir kişinin içdiyi içkinin nədən ibarət olduğunu bilirsinizmi?Onun içki içdiyi o stəkana sərab deyil,arvad-uşaqlarının göz yaşları və qanı doldurulub.   (Alfons Lamartin:Fransız şairi)
Meyxanə dəliliyin şüşə-şüşə satıldığı yerdir.   (Naməlum)
Bir alimdən"İçkiyə niyə nifrət edirsən?"deyə soruşduqda o demişdir:"Çünki hətta kralları diz çökdürən igidlər də içkiyə məğlub olurlar".   (Simona Veyl:Fransız filosofu)
Şərab başa çıxanda ağıl qədəhə düşər.   (Alman atalar sözü)
Sərxoş olub kişilikdən dəm vuranın qeyrəti araq şüşəsində olar.   (Türk atalar sözü)
İçki içəri girən kimi ağıl çölə çıxar.   (Corc Herbert:İngilis şairi)
Sərxoşluq müvəqqəti intihardır.   (Bertran Rassel:İngilis filosofu və riyaziyyatçısı)
Top