Qadın haqqında

Qadın haqqında

  • Qadın- həyatın bütün mərhələlərində kişinin xilaskarıdır.   (Vissarion Qriqoryeviç Belinski:Rus tənqidçisi və filosofu)
  • Qadın elə bir mələkdir ki,bizi uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə təsəlli verir.   (Avreli Avqustin:Qədim Roma filosofu)
  • Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub.   (Onore de Balzak:Fransız yazıçısı)
  • Qadınsız ev məzar kimidir.   (Onore de Balzak)
  • Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.   (Onore de Balzak)
  • Qadınlar qorxanda daha təhlükəli olurlar.   (Robert Berns:Şotland şairi)
  • Qadın hər şeyi fitrətən bilir,kişi kitablardan öyrənir.   (Siddhartha Qautama Budda:Buddizm banisi)
  • Qadınların ən güclü silahı zəiflikdir.   (İvan Alekseyeviç Bunin:Rus yazıçısı)
  • Qadını danışmağa məcbur etmək üçün min üsul var,ancaq onu susmağa məcbur edən üsul yoxdur.   (Giyom de Buşe:Fransız yazıçısı)
  • Qadının hökm etdiyi yerlərdə işdən çox,istəklər vacibdir.   (Esxil:Qədim Yunan dramaturqu)
  • Qadının ən böyük cəvahiratı onun namusudur.   (Anatol Frans:Fransız yazıçısı)
  • Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır.   (Anatol Frans)
  • Qısqanclıq kişidə zəiflik,qadında isə güc mənbəyidir.   (Anatol Frans)
  • Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar.   (Corc Herbert:İngilis şairi)
  • Qadını Allah gözəl yaradır,şeytan isə onu sevdirir.   (Viktor Mari Hüqo:Fransız yazıçısı)
  • Hər hansı bir hiylə qadın hiyləsi ilə müqayisədə heç nədir.   (İncil)
  • Qadının həmişə üç cür yaşı olur:biri görünən yaş,digəri həqiqi yaş,üçüncüsü də onun özünə verdiyi yaş.   (Alfons Karr:Fransız jurnalisti)
  • Mənin üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır.   (14-cü Lüdovik:Fransa kralı)
  • Qadın öz yaşını doğum tarixindən deyil,evləndikdən sonra hesablayar.   (Con Lokk:İngilis filosofu və pedaqoqu)
  • Qadın kobudluğu,nifrəti,ikrahı bağışlayar,lakin istehzanı heç vaxt unutmur.   (Etyen Rey:Fransız yazıçısı)
  • Qadının ən böyük düşməni səbirsizlikdir.   (Jan Pol İohan Paul Fridrix Rixter:Alman yazıçısı)
  • Qadın zərif şüşə kimidir.Onun möhkəmliyini yoxlamağa çalışmayın,hər an sına bilər.   (Migel de Servantes:İspan yazıçısı)
  • Qadın ömürdən şirin və ölümdən acıdır.   (Hz.Süleyman ə.s.)
  • Arvad seçərkən özündən biliksizini,dost seçərkən özündən biliklisini seç.   (Çin atalar sözü)
  • Qadının çöhrəsi ərinin necə olduğunu,kişinin köynəyi isə arvadının necə olduğunu göstərir.   (yuqoslav atalar sözü)
  • Qadının sizdən məsləhət istəməsi o demək deyil ki,sizin məsləhətinizə ehtiyacı var,o,sadəcə,özünə həmsöhbət axtarır.   (Onore de Balzak)
  • Qadını idarə etməyi bacaran dövləti də idarə edər.   (Onore de Balzak)
  • Qadın insan kölgəsi kimidir;qovsanız-qaçar,qaçsanız-qovar.   (Nikola Sebastyan Şamfor:Fransız yazıçısı)
  • Qadın elə bir mövzudur ki,onu nə qədər incələsən də,hər zaman yenidir.   (Lev Nikolayeviç Tolstoy:Rus yazıçısı və mütəfəkkiri)
  • Kişi əfv edir və unudur,qadın yalnız əfv edir.   (Filip Jerfo:Fransız yazıçısı)
  • Qızılı od ilə,qadını qızıl ilə və kişini qadın ilə sınaqdan çıxarırlar.   (Litsi Anney Seneka:Qədim Roma filosofu)
  • Pis qadın kişinin gec-tez düşüb boğulacağı bataqlıqdır.   (Afrika atalar sözü)
Top