Varlı olmaq istəyirsənsə,öz əmlakını artırmağa çalışma,acgözlüyünü azaltmağa cəhd elə. (Epikür:Qədim Yunan filosofu)
(EY RƏSULUM!) De:"Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də)azaldar.Lakin insanların əksəriyyəti (bunu)bilməz!". (Qurani Kərim)
Zənginlik gəlib-keçən bulud kimidir. (Əbdürrəhman Cami:Fars şairi və mütəfəkkiri)
Sərvətin qərq etdiyi insanların sayı xilas etdiyi insanların sayından əlbəttə ki,çoxdur. (Frensis Bekon:İngilis alimi)
Madam ki,bu zənginliklər sənindir,nə üçün o biri dünyaya aparmırsan? (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
Zənginlik fani dünya köləliyindən azad olmaqdır. (Həsən Bəsri:İslam alimi və mütəfəkkiri)
O adam varlıdır ki,heç nədə gözü olmasın. (Françesko Filelfo:İtalyan yazıçısı və pedaqoqu)
Sərvət müdrikin qulu,axmağın isə ağasıdır. (Klod Adrian Helvetsi:Fransız filosofu)
Varlının məndən bir fərqi var:onun pulu mənimkindən çoxdur. (Ernest Heminquey:Amerika yazıçısı)
Toplanmış sərvət insana xidmət də edə bilər,onu kölə vəziyyətinə sala da bilər. (Markus Horatsi:Qədim Roma dövlət xadimi)
Müdriklərin böyük bir qismini yoxsulluq müdrik etmişdir. (Naməlum)
Ən varlı adam aza qane olan adamdır:bu cür könül toxluğu mənəvi zənginlikdən xəbər verir. (Sokrat:Qədim yunan filosofu)
Zənginlik sərvətə sahib olmaq deyil,bu sərvətdən istifadə etmək bacarığıdır. (Napoleon Bonapart:Fransız imperatoru,sərkərdəsi)
Öz istəklərinə sərhəd qoymağı bacaran həmişə varlıdır. (Mari Fransua Arue Volter:Fransız filosofu və yazıçısı)
İstədiyiniz şeyə sahibsinizsə ,zənginsiniz,onsuz keçinə bilirsinizsə,daha da zənginsiniz. (Naməlum)
Zənginlik bizə nə yaxşılıq edir,nə də pislik;hər ikisi üçün də ləvazimat verir. (Mişel de Monten:Fransız filosofu və yazıçısı)
İnsanların əxlaqını pozan zənginlik deyil, zəngin olmaq ehtirasıdır. (Lui de Bonald:Fransız filosofu)
Zənginlik istifadə olunacaq bir silahdır,lakin sitayiş ediləcək bir məbud sayıla bilməz. (Naməlum)
Heç kim keçmişini geri ala biləcək qədər zəngin deyil (Oskar Uayld:İngilis yazıçısı)