Səni boğmaq istəyən dərin bilgili Düşmən
Cahil dostdan yaxşıdır ,belə söyləyirəm mən. (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri)
Düşmənə bəslədiyin kini körükləmə,yoxsa özün də yanarsan. (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
Yalnız heç nəyə yaramayan adamların düşməni olmur. (Jan Leron Dalamber:Fransız riyaziyyatçısı və filosofu)
Düşmən qazanmaqdan qorxanın dostu da olmaz. (Peter Hille:Alman yazıçısı)
Düşməni dost etmək xoşbəxtlik,dostu düşmənə çevirmək isə ən böyük bədbəxtlikdir. (Əbülfərəc əl-İsfahani:Ərəb şairi və alimi)
Düşməninə həm də dost kimi bax,çünki bir çox səhvlərini ancaq ondan öyrənə bilərsən. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
Hər cəmiyyətin iki düşməni var.Bunlardan biri qanunları tapdalayanlar,digəri qanunları kor-koranə tətbiq edənlərdir. (Alfred Kapus:Fransız yazıçısı)
Düşmənlərinizi əhv edin,ancaq onların adlarını unutmayın. (Con Fitscerald Kennedi:ABŞ-ın 35-ci prezidenti)
"Düşmənim var"deyə kədərlənmə!Düşməni olmayanın dəyəri də yoxdur. (Pyotr Kozlov:Rus alimi)
Çoxlarına şöhrəti düşmənləri qazandırıb. (Baltazar Qrasian:İspan yazıçısı)
Kin bəsləmək cılız insanların adətidir. (Fransua de Laroşfuko:Fransız yazıçısı)
Ən uzunsürən düşmənçilik səbəbsiz düşmənçilikdir. (Jan Fransua Pol de Qondi Rets:Fransız yazıçısı,kardinal)
Özünü elə apar ki,dost gizli düşmənə çevrilməsin. (Sədi Şirazi:İran şairi və mütıfəkkiri)
İnsanın özünə etdiyi pisliyi düşmən də edə bilməz. (Naməlum)
Düşmən qarışqa da olsa,sən onu fil say. (Azərbaycan atalar sözü)
Düşmən can da olsa,düşməndir yenə. (Səməd Vurğun:Azərbaycan şairi və dramaturqu)
Düşmənini öldürmək əvəzinə onu şəfqətinlə yola gətir.(Ermənilər xaric)(Ceyms Allen:Amerika yazıçısı)