Dua

Dua

İki dost (biri gənc,biri yaşlı) balıq tutmaq üçün qayıqla dənizə çıxdılar.Bir qədər üzdükdən sonra tilovlarını sahildə unutduqlarını gördülər.Gənc dost üzüb tilovu sahildən gətirməyi təklif etdi.Yaşlı dost isə əllərini açdı və qısa bir dua oxuduqdan sonra ayağını suyun üzərinə qoydu.İlk addımı bir az tərəddüdlü idi,ancaq ikinci addımında arxayınlaşdı və bu "arxayın addımlarla" suyun üstü ilə yeriyərək sahilə qədər getdi.Bir azdan artıq o,tilovu götürmüş və yenidən qayığa qayıtmışdı.Bunu görən gənc dost heyrətindən donub qaldı...
Bir az balıq tutmuşdular ki,bir azdan yemləri qurtardı.İndi yenə sahilə getmək və yem gətirmək lazım idi.Bu dəfə gənc əllərini açdı və yaşlı dostunun oxuduğu duanı oxudu.Ayağını suyun üzərinə qoymaq istəyirdi ki,sürətlə suyun içərisinə batdı.Yaşlı dost gənc dostunu qayığa qayıdana qədər gözlədi.Sudan çıxanda gənc dostun üzündə xəcalət qarışıq bir ifadə var idi.Yaşlı dost əvvəlcə susdu,sonra iliklərinə qədər islanmış dostuna: "Unutma ki,dua etməyi bildiyin kimi,dənizdəki qayaların yerini də bilməlisən"-dedi.Artıq izaha ehtiyac yox idi...

Mənbə: "Ailəm" jurnalı

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır
Top