Hədislər

Hədislər

1. Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.

2. Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.

3. Gəncliyindən qocalmamış, sağlamliğindan da xəstələnməmiş istifadə et.

4. Allah qorxusundan ağlamaqla günahlar yuyular.

5. İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.
islam hədisləri_
6. Var-dövlətinə yox, ömrünə xəsis ol.

7. Dalaşanda barışığa yer qoy.

8. Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.

9. Dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.

10. Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, belə isə onu mühum işlər üçün saxla.

11. Həqiqətən, bu gün hesab yox əməl, sabah isə əməl yox hesab günüdür.

12. İnsanlarin ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.

13. Dua möminin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.

14. Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.

15. Ümmətim üçün 2 şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.

16. Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.

17. Allahın ən sevdiyi iş dili saxlamaqdır.

18. Heç bir əməl yalan kimi çirkin deyil.

19. İnsanlar 3 qisimdədirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).

20. Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət məhv olar.

21. Elm və biliyi bağlayın. Soruşdular ki, necə bağlayaq? Buyurdu: onu yazmaqla.

22. Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.

23. Tövbə qapısə açıq ikən günahının başlanacağından ümidini üzmə.

24. Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.

25. Hz.Peyğəmbərdən (s) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu: insanın öz əli qazandığı!!!

26. Ataların öz övladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.

27. Həyat ölümə necə də yaxındır.

28. Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.

29. İnsan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.

30. Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.

31. Allah lənət etsin o kəslərə ki, camaatı yaxşı işlərə dəvət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.

32. Hz.Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu: oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.

33. Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Quran təlim etməkdir.

34. Var-dövlət 5 xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətədən üstün tutmaq.

35. Allah-təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.

36. Zarafatlaşmadan çəkin, çünki o, kişinin abırını və heybətini aparar.

37. İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə - yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.

38. Məsləhət etməyən kəs peşman olar.

39. Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.

40. Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.

41. Dostlarımın ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.

42. Başqalarında eyib axtarmaq ən pis eyib və ən pis günahdır.

43. Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.

44. Camaat elm oxumağın faydalarını bilsəydi, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.

45. Günahın kiçikliyinə yox kimə qarşı günah etdiyinə bax.

46. Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.

47. Başqa şeylər sizi özünə məşgul etməmiş, xeyir iş görməkdə qabağa düşün.

48. Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.

49. Məzluma kömək, qəmgini şad etmək böyük günahların kəffarəsidir.

50. Başqalarından bildiyin pis əməllərə göz yummaq ən şərəfli əməllərdəndir.

Top