Həzrəti Muhəmməd ( s.ə.v. )

Həzrəti Muhəmməd ( s.ə.v. )

(Ey Rəsulum!) Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.  ( Qurani Kərim )

Həzrəti Muhəmmədi (s.ə.v.) ilk dəfə görən onu görən kimi heybətindən titrər, onunla bir yerdə olan isə ona aşiq olardı.  ( Hz.Əli )

Həzrəti Muhəmməd (s.ə.v.) bütün zamanların peyğəmbəri idi.  ( Jül Masserman: Amerika psixoloqu )

Həzrəti Muhəmmədin (s.ə.v.) insan olması ilə bütün insanlıq iftixar edir. Çünki o, oxuyub-yaza bilməsə də, on üç əsr əvvəl elə qanun və əsaslar gətirmişdir ki, biz avropalılar iki min il sonra da onun qiymətini və həqiqətini anlasaq, ən xoşbəxt nəsillər olarıq.  ( Şebol: Filosof  1924-cü ildə hüquq konqresindəki çıxışından.)

İnsanlıq onun bənzərini görməyib və görməyəcəkdir.  ( Bencamin Bosfort Smit: Amerika protestant baş keşişi )

Böyük islam peyğəmbəri uca Yaradanın qatına çıxmışdır. Mən meraca bütün qəlbimlə inanıram.  ( Fyodor Mixayloviç Dostoyevski: Rus yazıçısı)

" Tarixdəki 100 böyük insan" adlı kitabı ilə bütün dünyaya səs salan amerikalı alim- professor Maykl Hart kitabının çıxmasından on il sonra " Sizin on il bundan əvvəl kitabınızda birinci yerdə Həzrəti Muhəmməd (s.ə.v.) idi. Hələ də bu fikirdəsiniz?" sualına belə cavab vermişdir:
" Bu saylar iki-üç yüzə çıxsa da, Həzrəti Muhəmmədin (s.ə.v.) birinci yeri dəyişməzdir və inanıram ki, Həzrəti Muhəmməd (s.ə.v.) kimi hər yönü ilə mükəmməl bir insan bir daha dünyaya gəlməyəcək".  ( Maykl Hart: Amerika yazıçısı və tədqiqatçısı )

İslamdan əvvəlki dinlər insanların ruhları üzərindəki hakimiyyətini gündən-günə itirməkdə olduğu halda, Həzrəti Muhəmmədin (s.ə.v.) gətirdiyi din bütün qüdrət və hakimiyyətini mühafizə etməkdədir.  ( Qustav Le Bon: Fransız sosioloqu )

Kral və vəzirlər kimi əzəmət və dəbdəbə pərdəsi arxasında gizlənməmişdi. Öz əbasını  özü yamayar, ayaqqabısını özü təmir edərdi. Döyüşə girər, səhabələri ilə məşvərət edər, əmrlərini onlarla birgə verərdi. Dünyada tac və ehtişam sahibi olan heç bir imperatora yamaqlı bir əba içindəki bu insan qədər hörmət və itaət edilməmişdir.  ( Tomas Karleyl: İngilis tarixçisi )

Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm.Mən buna iddia edirəm ki, Həzrəti Muhəmməd (s.ə.v.) seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allahın kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra bir daha görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm.  ( Otto Bismark: Almaniya dövlət xadimi, diplomatı və kansleri )






Top