1-İnsanların ən varlısı olmaq üçün nə etmək lazımdır?
-Qənaətkar olsan,insanların ən varlısı olarsan.
2-Ən xeyirli insan kimdir?
-İnsanların ən xeyirlisi,insanlara ən faydalı olandır.
3-Kimə ən ədalətli insan demək olar?
-Özü üçün istədiyini başqaları üçün də istəyənə.
4-Allahın ən sevimli bəndəsi olmaq üçün nə etmək lazımdır?
-Allahı ən çox zikr edən insan Allahın ən sevimli bəndəsidir.
5-Ehsan sahibi (yaxşı əməl sahibi) olmaq üçün nə etmək lazımdır?
-Allaha Onu görürmüş kimi ibadət etsən,ehsan sahibi (yaxşı əməl sahibi olarsan)
6-Kamil iman sahibi olmaq istəyən nə etməlidir?
-Gözəl əxlaqlı olmalıdır.
7-Nur içində həşr olmaq (dirilmək) üçün nə etmək lazımdır?
-Heç kimə zülm etməyən nur içində həşr olar (dirilər).
8-Kərəm sahibi (hörmət sahibi) olmaq istəyən nə etməlidir?
-Allaha qullarını şikayət etməsən,kərəm sahibi(hörmət sahibi) olarsan.
9-Ruzinin bol olması üçün nə etmək lazımdır?
-Təmizliyinə riayət edənin ruzisi bol olar.
10-Başqalarının yanında alçalmaq istəməyən nə etməlidir?
-Namusunu qoruyan başqalarının yanında alçalmaz.
11-İnsanların ən mərhmətlisi olmaq üçün nə etmək lazımdır?
-Özünə və insanlara mərhəmət et ki,Allah da sənə mərhəmət etsin.
12-Allah və Peyğəmbər tərəfindən sevilmək istəyən nə etməlidir?
-Allah və Peyğəmbərin sevdiklərini sevməli,sevmədiklərini sevməməli.
13-Günahların azalması üçün nə etmək lazımdır?
-Günahların bağışlanması üçün Allaha tövbə edənin və yalvaranın günahları azalar.
14-Duaların qəbul olunmasını istəyən nə etməlidir?
-Haramlardan çəkinənin duaları qəbul olar.
15-Ayıbların gizli qalması üçün nə etmək lazımdır?
-Din qardaşlarının ayıblarını örtsən,Allah da sənin ayıblarını örtər.
16-Günahları nə silər?
-Göz yaşları və xəstəliklər.
17.-Hansı yaxşılıq daha fəzilətlidir?
-Gözəl əxlaq,təvazö,bəlaya səbr,qəzaya riza...
18-Allahın qəzəbindən xilas olmaq üçün nə etmək lazımdır?
-Heç kimə qəzəb bəsləməyənə Allah da qəzəb bəsləməz.
19-Allahın qəzəbini nə söndürər?
-Sədəqə vermək və qohumları ziyarət etmək.
20-Ən böyük günah nədir?
-Pis əxlaq.
P.S.Cavablar Hədisi-Şəriflərdən götürülmüşdür...