Loğmanın (ə) oğluna nəsihətlərindən

Loğmanın (ə) oğluna nəsihətlərindən

Loğman (ə) oğluna dedi:Oğlum!Başqaları səndən qabaq övladları üçün (mal) topladılar.Nə topladıqları qaldı,nə də onlar üçün toplanan malların sahibləri.Doğurdan da,sən əcir (muzdur) bir bəndəsən ki, bir işi görmək (təqvalı olmaq) üçün məmur olmusan.Bir muzdun da sənə veriləcəyi söz verilmişdir.Beləliklə,işində vəfalı ol,muzdunu -Behişti al.

Bu dünyada o qoyun kimi olma ki,yaşıl çəmənliyə girəndə köpənə qədər yeyir.Bu da onun ölümünə səbəb olur.Əksinə,dünyanı çayın üstündəki  körpüyə bənzət ki,onun üzərindən keçdikdən sonra,onunla  heç bir işin olmur,bir də ona tərəf qayıtmırsan.Onu (şəhvət körpüsünü) xarab et,düzəltmə.Çünki sən onu abadlaşdırmağa məmur deyilsən.

Bil ki,sabah sən ALLAHın hüzurunda olanda,dörd şey haqqında da sorğuya çəkiləcəksən:Cavanlığını necə keçirtdin?Ömrünü necə keçirtdin?Malını hansı yoldan əldə etdin və harada xərclədin?Deməli,özünü belə bir günə və bu suallara tapmaq üçün hazırlamalısan.

Dünya malından bir şey itirsən,kədərlənmə.Çünki dünya malı tez qurtarar,çox olsa,başa bəla olar.Günah etməkdən qorx,işində ciddi ol,qəflət pərdəsini üstündən at.ALLAH istəyən işlərlə məşğul ol,qəlbində tövbəni təzələ.Ölüm sənin sorağına gəlmədən,hökmünü vermədən və arzularınla sənin aranda fasilə salmadan öncə,öz rahatlığın -Axirətin haqqında fikirləş..

Top