Xahiş olunur ürəyi zəif olanlar "Ardı" yazısına basaraq mətni tam oxumasın və şəkilə baxmasın!
08.07.1972... Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm bombası atdı. Sağ qalan uşaqlaar alovlar içərisində qışqıra-qışqıra qaçmağa başladılar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi və ona Pulitser Mükafatını gətirən məşhur fotoşəklini çəkdi.
Çox keçmədi ki, bu şəkil (həm də bu şəkildəki çılpaq balaca qız) Vyetnam Müharibəsinin simvoluna çevrildi. Bu şəkil həm də Amerikanı dünya ictimaiyyəti qarşısında "məhkum edirdi".
1982-ci ildə hollandiyalı bir jurnalist o qızı axtarmağı qərara aldı. Və uzun axtarışlardan sonra o qızı tapdı. Bu qız Kim Fuk idi. O, bütün bədəni yandığı üçün Sayqonda 14 ay xəstəxanada yatmış, yanan yerlərin yarısından çoxunda üçüncü dərəcəli yanıq olduğu üçün həkimlər ondan ümidlərini üzmüşdülər. Kim Fuk dözülməz ağrılar çəkir, hətta bəzən bu ağrılardan huşunu itirirdi. Ən dəhşətlisi isə çənəsi ilə sinəsi bir-birinə yapşmış, sol əli sümüyünə kimi yanmışdı.
İllər sonra Kim Fuk Kanadaya köçdü. Onda onun 34 yaşı var idi. Üstəlik o, Kanadaya tək yox, həyat yoldaşı və oğlu ilə köçmüşdü. Astma və şəkərdən əziyyət çəkir, tez tez miqren sancıları keçirirdi. Hələ də bədənində sağalmamış yaralar var idi.
1996-cı ildə Vaşinqtonda Vyetnam Müharibəsinin xatirəsinə bir mərasim keçirildi. Bu mərasimdə Kim Fuk da var idi. Nəhayət, söz Kim Fuka çatdı. Çıxışının sonunda o: "Əgər o bombaları atan pilotla üz-üzə gəlsə idim, yəqin ki, ona "Artıq keçmişi dəyişdirə bilmərik" deyərdim. Deyərdim və sonra da əlavə edərdim: " Keçmişi dəyişdirə bilmərik, ancaq gələcəyi dəyişdirə bilərik. Həm də sülhə xidmət etmək üçün..."
Kim Fuk zaldan çıxmaq istəyirdi ki, kimsə ona bir kağız verdi və əli ilə kağızı göndərən adamı göstərdi. Kim Fuk istər istəməz kağızı göndərən adama baxdı. Onun əli-ayağı titrəyir və dəhşətli baxışlarla Kim Fuka baxırdı. Sonra Kim Fuk əlindəki kağızı oxudu. Kağızda: "Kim! O pilot mənəm!" sözləri yazılmışdı.
Bəli, o, 8 iyun 1972-ci ildə Vyetnamdakı məbədə napalm bombası atan təyyarənin pilotu Con Plammer idi. Müharibədən sonra uzun illər özünə gələ bilməmiş və o kiçik qızın şəklini cibində gəzdirmişdi. Kim bir anlıq pilota baxdı və sonra qollarını açaraq ona doğru qaçdı...
Sizcə hansının yarası daha dərin idi?
Mənbə: "Ailəm" jurnalı
Həmçinin bax: İnsanlıq dərsi