Bu aforizimləri Frans Kafka 1917-1920-ci illər ərzində yazıb. Təəssüf ki digər yazıları kimi bu aforizimlər də yarımçıq qalıb. Aforizimləri yazdığı dövr F. Kafka ömrünün ən ağır, çətin günləri hesab olunur. Çünki o vaxt F,Kafka təzəcə vərəm olduğunu öyrənmişdi, nişanlısından da ayrılmışdı. Eyni zamanda uzun illər işlədiyi Siqorta şirkətindən də xəstəliyi ilə əlaqədar olaraq icazə almışdı, valideyinləri onun evlənməyini istəmirdilər və onu məşhur yazıçı kimi qəbul etmirdilər. Kafkanın xususi bir diqqətlə aforizimləri yazmağı sübut edir ki, o bu yazıları cap etdirmək, yaymaq istəyib. Əgər Kafkanın oxuculara vəfalı, Kafkaya görə isə vəfasız dostu Brod olmasaydı, onun aforizimləri və əsərləri bu gün oxucuların ixtiyarında olmayacaqdı. Bu baxımdan Brodun “xəyanətini” alqışlamaq lazımdır. Çünki Kafka ölüm ayağında bu sözləri demişdi: “ Brod dünyada yazıçı olduğuma dair heç bir iz qalmasın”…
Aforizimlər
- Özünü insanlığa baxaraq sına. Bu şübhələnəni şübhəyə, inananı inama aparacaq.
- Şəhvani eşq İlahi eşqə qarşı gözlərimizi bağlayır, bunu öz-özünə eləmir. Bunu özü də bilmədən içində bir parça İlahi eşq olduğuna görə də eləyə bilər.
- Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə badalaq qurmaq üçündür.
- Ölüm sinif divarından asılmış “İsgəndər müharibəsi” kimi qarşımızda dayanır. Lazımdır ki, biz öz hərəkətlərimizlə onu qaranlığa basdıraq və hətta götürüb tullayaq.
- Həqiqət bölünməzdir, buna görə də o özünü tanımır, hər kim onu tanımaq istəyirsə, yalan olmaq məcburiyyətindədir.
- Din fədailəri bədənlərini alçatmazlar, lazım olsa, onu çarmıxa qədər yüksəldərlər. Bu mənada onlar düşmənlərlə eyni fikirdədirlər.
- Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.
- Bu dünya üçün qonşularla savaşmaq gülüncdür.
- Dünya ilə öz müharibən vaxtı dünyanın tərəfində ol.
- Sənət gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan, az təsadüf olunan, maskalar taxan bir işıqdır həqiqət. Başqa heç nə deyil.
- İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməlikdi yəni hərəkərsizlikdir, ikincisi başlanğıcdır yəni hərəkətdir.
- İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və təmbəllik. Səbirsiz olduqlarına görə Cənnətdən qovuldular tənbəl olduqlarına görə, qayıda bilmirlər. Amma bəlkə də əsas bir günahı var insanların: Səbirsizlik. Səbirsizliyə görə qovulmuşdular, səbirsizlyə görə də qayıda bilmirlər.
- Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu qadınlarla aparılan müharibəyə bənzəyir – axırı yataqda qurtarır.
- Qəfəslərin biri quş axtarmağa gedib.
- Ayaq basdığın yerin ayağının tutduğu sahədən böyük olmamağını anlamaq böyük xoşbəxtlikdir.
- Müsbət hərəkət eləməyi bizdən xaiş eləyirlər, müsbət hərəkətlər onsuz da bizimlədir.
- Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünkü göy üzü qarğaların yoxluğu deməkdir.
- Ov itləri hələ həyətdə oynayır, amma ovları indidən meşədə nə qədər sürətlə qaçsalar da, əllərindən xilas ola bilməzlər.
- İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salar.
Tərcüməçi: Fərid Hüseyn